“Trampın istəyi sadədir: ucuz dollar”
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trump, digər ölkələrin valyutalarının dəyərlərini aşağı salaraq üstünlük qazandıqlarını deyib.
Trump, dərman istehsalçıları ilə keçirdiyi toplantıda, Çin və Yaponiyanın "valyuta bazarı ilə oynadığını" qeyd edib.
ABŞ Prezidenti Trampın dollar ilə bağlı açıqlamaları dünən qlobal birjalarda Dolları ucuzlaşdırıb.
Dünən dollar aparıcı valyutalara nisbətən son 12 həftədə ən aşağı məzənnə ilə təklif edilib. Avro dollara nisbətən dünən 1.08 dollaradək bahalaşa da bilib. Doğrudur, bu gün yenidən birjalarda stabillik yaranıb və hərta dolların cüzi möhkəmlənməsi də müşahidə edilib.
"Marja" xəbər verir ki, tanınmış iqtisadçı alim Vüqar Bayramov bildirib ki, Trampın istəyi sadədir:
"Ucuz dollar ABŞ üçün daha çox ixrac imkanları və az idxal deməkdir. Bununla həmçinin Birləşmiş Ştatlar əzəli iqtisad rəqəblərini o cümlədən Çin, Avropa Birliyi və Yaponiyanı da zəiflətmək istəyir. Amma reallıq budur ki, dolları aparıcı valyutalara və eləcə də avroya nisbətən kəskin ucuzlaşdırmaq elə də asan deyil. “İki ölkə” modelinə uyğun olaraq ABŞ-in iqtisadi rəqibləri də qabaqlayıcı tədbirlər həyata keçirəcəklər. Amma əgər Tramp və onun komandası bu məsələdə israrlı olarsa o zaman dolların digər aparıcı qlobal valyutalara nisbətən məzənnəsi mərhələli şəkildə azala bilər. Amma yenə də dolların aparıcı valyutalara nisbətən məzənnəsində kəskin azalma gözlənilmir. Bununla yanaşı, dolların əksər inkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dəyər itirməsi də inandırıcı deyil".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















