Rusiyada Dollar bolluğu yaranıb - bazardan valyuta alışı başlayacaq
Rusiya Maliyyə Nazirliyinin, bu ay ərzində daxili bazardan valyuta alışına başlayacağı bildirilib.
“Marja” Bloomberg-ə istinadən xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən edilən açıqlamada, artan neft qiymətləri səbəbilə güclənən Rusiya rublunun, ixracatçılara ziyan vurmaması üçün bu ay ərzində valyuta alışına başlanacağı bildirilib.
Açıqlamada, nazirliyin maliyyə siyasətinin, neft qiymətlərinin 40 dolların üzərində olması vəziyyətində valyuta alınması, aşağı olması vəziyyətində isə satılması istiqamətində olduğu qeyd edilib. Rublun zəifləməsi halında büdcə kəsirinin da azalacağı vurğulanmışdır.
Nazirlik, valyuta alışı prosesinin bazarda çox təsir yaratmayacağı vurğulayıb. Analitiklər isə bu yanaşmanın rubl və birja üzərində indidən təzyiq yaratdığı fikrindədirlər.
Valyuta alınacağına dair məlumatların mətbuatda yer almasından sonra Rusiya Birjasında xüsusilə ixracat ilə məşğul olan şirkətlərin səhmləri dəyər qazanmağa başlayıb, dollar/rubl məzənnəsi 58 səviyyələrindən təkrar 60 səviyyələrinə qalxıb.
Rusiya Mərkəzi Bankı tərəfindən məsələ ilə bağlı edilən açıqlamada isə, rublun sərbəst məzənnə rejimi çərçivəsində əməliyyat görməsinin dəstəklənməyə davam ediləcəyi, pul vahidinə hər hansı bir müdaxilənin nəzərdə tutmadığı qeyd edilib.
Rusiyada sonuncu dəfə valyuta alışı (bazardan dollar alınır) prosesi 3 milyard dollarlıq alışla 2014-cü ildə aparılmış, rubl tezliklə dollar qarşısında 50 səviyyələrindən 80 səviyyələrinə qədər yüksəlmişdi.
Rusiya Mərkəzi Bankı da, daha əvvəl tətbiq etdiyi dalğalı dəhliz rejimini ləğv edərək, rublun sərbəst məzənnə tətbiqi çərçivəsində əməliyyat görməsinə icazə vermişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















