"Muğan Bank" zərərin içində "üzür", Bankın gəliri xərcini ödəmir
"Muğan Bank" ASC 2018-ci ilin 1-ci rübünü 1 milyon 824 min manat xalis zərər ilə başa vurub. Bank 2017-ci ilin 1-ci rübünü 515 min manat xalis mənfəətlə başa vursa da, 2017-ci ili 6 milyon 341 min manat xalis zərər ilə bağlamışdı.
"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, "MuğanBank"ın gəlirləri xərclərini ödəmir. Belə ki, Bankın 2 milyon 636 min manat əməliyyat gəlirləri 5 milyon 353 min manatlıq işçi heyətinin saxlanılması, ümumi administrativ və sair əməliyyat xərclərini bağlamağa kifayət etməyib. Nəticədə də, Bank öz kapitalından "yeyib". Bankın cəmi balans kapitalı 69 milyon 17 min manatdan 67 milyon 192 min manata, məcmu kapitalı isə 70 milyon 316 min manatdan 68 milyon 683 min manata düşüb. Ötən ilin sonunda, Bankın məcmu kapitalnın qaldırılması üçün nizamnamə kapitalı 10 milyon manat artırılmışdı.
Son rübdəki zərər ilə "Muğan Bank"ın yığılmış zərəri 19 milyon 334 min manata çatıb.
"MuğanBank" 2018-ci ilin 1-ci rübündə kreditlər üzrə ehtiyyatların yaradılması 2 milyon 16 min manat ayırıb. Bu ayırma olmasaydı belə, Bankın əməliyyat gəlirləri xərclərini bağlamırdı.
Əsas gəlir mənbəyi olan Bankın kredit portfeli də azalıb. 2017-ci ilin sonunda müştərilərə verilmiş kreditlər 349 milyon 71 min manat ikən, 31 Mart 2018-ci ildə 342 milyon 613 min manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
22 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 41 d. əvvəl
- 44 d. əvvəl
- 45 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)







.jpg)





