“Akkord” 2 tenderin qalibi oldu - 59,5 MİLYON DOLLAR
Yerli və xarici infrastruktur layihələrin icrasında xüsusi təcrübəyə malik “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC son iki ayda Gürcüstan Respublikasında keçirilən ümumi dəyəri 59,5 milyon ABŞ dolları olan iki infrastruktur layihəsinin tenderinin qalibi elan olunub.
ASC-dən verilən məlumata görə, hər iki layihənin sifarişçisi Gürcüstan Respublikasının Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yol Departamenti, maliyyə dəstəkçisi isə Avropa İnvestisiya Bankıdır.
Samtredia-Grigolote E-60 hissəsinin - yolunun qalmış işlərinin inşaası (REMAINING WORKS for the CONSTRUCTION SAMTREDIA-GRIGOLETI ROAD SECTION OF E-60 HIGHWAY KM 00 +000 –KM 11+500) ilə bağlı tenderdə Gürcüstan, Azərbaycan, Çin və Türkiyə dövlətlərindən olan 14 şirkət iştirak edib. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 11 km-lik yolun inşaası üçün verdiyi və qalib olduğu qiymət təklifi - 89 mln. Lari (37 mln. ABŞ) təşkil edib.
Dziruli-Karagauli –Moliti-Pona-Chumateleti İkinci yolun, Moliti-Chumateleti hissəsinin yenidən qurulması (Rehabilitation of Dziruli – Kharagauli – Moliti – Pona – Chumateleti Secondary Road, Moliti – Chumateleti Road Section from km 24+620 to km 50+244) ilə bağlı tenderdə isə Gürcüstan, Azərbaycan, Çin və Türkiyə dövlətlərindən olan 13 şirkət iştirak edib. Respublikamızın təmsilçisi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC bu tenderin də qalibi elan edilib. Korporasiyanın 26 km-lik yolun yenidən qurulması üçün verdiyi və qalib olduğu qiymət təklifi-54,5 mln. Lari (22.5 mln ABŞ) təşkil edib.
Xatırladaq ki, hazırda 11 ölkədə nümayəndəliyi mövcud olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 4 ölkədə aktiv fəaliyyəti göstərir ki, onlardan da biri Gürcüstandır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
47 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















