“Bank of Baku” mənfəətə çıxdı
“Bank of Baku” ASC 2018-ci ilin 1-ci rübünə dair maliyyə göstəricilərini açıqlayıb.
“Marja” xəbər verir ki, cari ilin yanvar-mart aylarında “Bank of Baku”nun cəmi gəlirləri (faiz və qeyri-faiz) 11 milyon 913 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, eynidir. Bank 2017-ci ilin 1-ci rübündə 11 milyon 955 min manat cəmi gəlir əldə etmişdi.
2017-ci ilin 1-ci rübünü 3 milyon 538 min manat zərər ilə bağlamış “Bank of Baku” 2018-ci ilin 1-ci rübünü 234 min manat xais mənfəət ilə başa vurub.
Qeyd edək ki, devalvasiyadan sonra “Bank of Baku” zərər açıqlayırdı. Bank gecikmədə olan kreditlərə görə gəlirini ehtiyatlara yönəldirdi.
2018-ci ilin 1-ci rübündə "Bank of Baku"nun mümkün zərərlərin ödənilməsi üçün yaratdığı ehtiyatlarının 22 milyon 343 min manatı gəlirə çevrilib. Ehtiyatların bir hissəsinin azad olması Bankda gecikmədə olan kreditlər probleminin səngidiyinə işarədir. Gəlirə çevrilmiş ehtiyatların böyük hissəsi xərclərə yönəldilib, həm də Bank az da olsa xalis mənfəət əldə edib.
31 Mart 2018-ci il tarixində “Bank of Baku” ASC 311 milyon 828 min manat cəmi aktivlərə, 275 milyon 656 min manat cəmi öhdəliklərə və 36 milyon 171 min manat cəmi balans kapitalına malik olub.
Bank 2017-ci ilin sonunda 399 milyon 860 min manat cəmi aktivlərə, 363 milyon 272 min manat cəmi öhdəliklərə və 36 milyon 587 min manat cəmi balans kapitalına malik idi.
Bankın müştərilərə verdiyi cəmi kreditlər ötən ilin sonundakı 197 milyon 694 min manatdan 177 milyon 829 min manata düşüb.
Müştəri depozitləri isə 241 milyon 742 min manatdan 178 milyon 259 min manata geriləyib. Bankların və maliyyə institutlarının depoait və kreditləridə azalıb. Öhdəliklərin azaldılması aktivlərin də azalmasında əks olunub.
31 Mart 2018-ci il tarixində “Bank of Baku” 22 milyon 259 min manat məcmu kapitala malik olub.
Qeyd edək ki, “Bank of Baku” kapitalının artırılacağını elan edib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















