STP Ukrayna şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
“Sumqayıt Texnologiyalar Parkı” MMC beynəlxalq əlaqələrini genişləndirməkdə davam etdirir. Müəssisə Ukraynanın “Xarkov Elektrotyajmaş” şirkəti ilə mühəndislik və sənaye sahələrində birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb.
“Sumqayıt Texnologiyalar Parkı” MMC tərəfdən baş direktor Emin Məmmədov və “Xarkov Elektrotyajmaş” zavodunun direktor müavini Dmitriy Kostyukun imzaladığı müqavilənin şərtlərinə əsasən, tərəflər gələcəkdə hər iki ölkənin sənaye sahələrinin inkişaf səviyyəsinin artırılması, yeni texnologiyaların yaradılması istiqamətində səylərini birləşdirəcəkdir.
Razılaşmanın şərtlərinə əsasən, gələcəkdə hər iki müəssisə təcrübəli kadrların hazırlanmasında, mütəxəssislərin qarşılıqlı mübadiləsi işində əməkdaşlıq edəcəklər. Ukrayna şirkəti bir çox məhsulun istehsalında xammal, yarımfabrikat və ehtiyat hissələrin təchizatı ilə STP-yə köməklik göstərəcək.
Qeyd edək ki, 2009-cu il dekabr ayının 22-də cənab prezident İlham Əliyev tərəfindən istismara verilən Sumqayıt Texnologiyalar Parkı regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan labaratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub, istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























