9 minə yaxın mənzil GPON əsasında rabitə xidmətləri ilə təmin olunub
“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi istiqamətində işləri davam etdirir.
“Baktelecom” paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan “Evədək internet” layihəsinin birinci mərhələsini yekunlaşdırır. Artıq bu həftədən etibarən 30 min mənzili əhatə edən layihənin istismara verilməsi başa çatır. Hazırda 9 minə yaxın mənzil GPON texnologiyası əsasında rabitə xidmətləri ilə təmin olunub.
Davamlı olaraq “Baktelecom”un təklif etdiyi sərfəli xidmət paketlərinə qoşulmaq istəyən müştərilərin sifarişi operativ şəkildə qəbul olunur, qısa zaman ərzində abunəçilər üçün multimedia xidmətləri aktiv edilir.
Tezliklə “Evədək internet” layihəsinin ikinci mərhələsində 100 minədək evdə GPON infrastrukturunun yaradılması prosesinə start veriləcək.
Qeyd edək ki, fiber-optik xətləri üzərindən təmin edilən GPON texnologiyası 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.
“Baktelecom”un genişzolaqlı rabitə xidmətləri haqqında ətraflı məlumatı “www.baktelecom.az” saytı və ya “155” qısa nömrəsinə müraciət etməklə əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
- 5 d. əvvəl
-
16 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
33 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib






























