"Bazardakı payını itirməmək üçün neft təklifini artıra bilər"

OPEC+ bazardakı payını itirməmək və Vyana razılaşmaları çərçivəsindən çıxmamaq üçün yayda keçiriləcək görüşlərdən sonra neft təklifini bir qədər artıra bilər. Bunu “Credit Suisse” agentliyinin investisiya strategiyası və araşdırmalar departamentinin rəhbəri Nannett Hehler-Feyderb bildirib.
Tankerlərin yerdəyişməsini izləyən “Petro-Logistics SA” konsaltinq şirkəti daha əvvəl məlumat verib ki, OPEC+ sazişi imzalanandan etibarən OPEC-in 14 ölkəsinin təklif həcmi birinci rübün yekunlarına əsasən minimum göstəriciyə çatıb. Rusiya Energetika Nazirliyinin başçısı Aleksandr Novak da deyib ki, saziş ölkələri razılaşmaların müddətinin uzadılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edərkən ABŞ-ın neft hasilatını nəzərə alacaqlar.
N.Hehler-Feyderb deyib: “Hazırda ölkələr müəyyən səviyyəni saxlamaq barədə razılaşıblar və intizam sadəcə göz qabağındadır... Bununla belə, bu ölkələr bazardakı payını itirmək riski altındadırlar. Düşünürəm ki, OPEC-in yayın əvvəlində keçiriləcək görüşləri əhəmiyyətli olacaq, çünki bazarda təklifin necə olacağını bu görüşlər müəyyənləşdirəcək. Zənnimcə, OPEC bazardakı payının çox əhəmiyyətli hissəsini itirməmək üçün təklifə nəzarət etməyə çalışacaq və bütün iştirakçılar da bununla razılaşacaqlar”.
Departamentin rəhbəri bildirib ki, hazırda dünyada neftə tələbat yüksəkdir. Buna görə də çox ehtimal ki, təklif tələbatın ardınca gələcək. N.Hehler-Feyderbin fikrincə, OPEC ölkələri öz strategiyasına sadiq qalacaqlar. Hər şey cədvəl çərçivəsində olacaq.
Qeyd edək ki, OPEC neftin qiymətlərinin sabitləşdirilməsi məqsədi ilə 2016-cı il noyabrın 30-da Vyanada gündəlik neft hasilatının oktyabr səviyyəsindən 1,2 milyon barrel azaldılması barədə saziş imzalayıb. Həmin il dekabrın 10-da isə OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə gündəlik ümumi hasilatın 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılmasına dair sazişin müddəti 2018-ci ilin axırınadək uzadılıb. Azərbaycan ötən il və bu ilin ilk iki ayı ərzində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
