Bakıdan Rusiyaya sürətli qatar işləyəcək
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Dağıstanın xalq bədii sənətkarlıq və turizm naziri Rəbiyyət Zakavovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları"nın sədri Cavid Qurbanov Azərbaycan dəmir yollarında həyata keçirilən əsaslı yeniləşmələrdən, o cümlədən Azərbaycan dəmir yolunun beynəlxalq nəqliyyat layihələrində iştirakından geniş söz açıb, bu layihələrin region ölkələri üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda, turizm sahəsində də əlaqələrin genişləndirilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərin həyata keçirildiyini xatırladıb.
Görüşdə, həmçinin dəmir yolu vasitəsilə yük və sərnişin daşınmalarında gömrük prosedurlarının sadələşdirilməsi, Rusiyadan gələn turistlərin məhz dəmir yolunun imkanlarından istifadə etməklə ölkəmizin ərazisinə daxil olması müzakirə olunub. Qeyd edilib ki, hazırda Şahdağ idman kompleksinə dəmiryolu xəttinin çəkilməsi qərara alınıb və bu da ölkələrimiz arasında turizmin möhkəmlənməsinə köməklik göstərəcək.
C.Qurbanov, həmçinin gələcəkdə Bakıdan Dağıstan daxil olmaqla Rusiyaya qədər sərnişinlərin daşınması üçün “Stadler Rail Group”un istehsal etdiyi sürətli elektrik qatarlarından istifadə olunacağını vurğulayıb.
Qonaqlar, öz növbəsində, ölkəmizdə və dəmir yollarında həyata keçirilən əsaslı dəyişiklikləri yüksək qiymətləndirib, bunun qarşılıqlı əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını diqqətə çatdırıblar. Görüşdə ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələrinin bundan sonra da artan xətt üzrə davam etdirilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























