“AzSığorta” böyük zərər açıqladı
“AzSığorta” ASC 2017-ci ili 3 milyon 64 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2016-cı ili 2 milyon 299 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “AzSığorta”nın cəmi gəlirləri 31 milyon 325 min manat, cəmi xərcləri 34 milyon 389 min manat təşkil edib. 2016-cı ildə Şirkətin cəmi gəlirləri 28 milyon 844 min manat, cəmi xərcləri isə 25 milyon 970 min manat təşkil etmiş, 574,8 min manat mənfəət vergisi ödəmişdi. İllik müqayisədə “AzSığorta”nın gəlirləri artsa da, əməliyyat və işlərin aparılması xərcləri artdığından ötən ili zərər ilə başa vurub.
İllik müqayisədə “Azsığorta”nın topladığı sığorta haqları 22 milyon 525 min manatdan 24 milyon 956 min manata, sığorta ödənişləri isə 7 milyon 751 min manatdan 9 milyon 96 min manata qalxıb.
KAPİTALI AZALIB
31 Dekabr 2017-ci il tarixində “Azsığorta” 61 milyon 9 min manat cəmi aktivlərə, 29 milyon 883 min manat cəmi kapitala və 31 milyon 126 min manat cəmi öhdəliklərə malik olub. Şirkət 31 Dekabr 2016-cı il tarixində 60 milyon 464 min manat cəmi aktivlərə, 33 milyon 439 min manat cəmi kapitala və 27 milyon 25 min manat cəmi öhdəliklərə malik idi. Kapitalın azalması ötən il yaranmış zəər ilə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















