OPEC Rusiya ilə neft üçün uzunmüddətli əməkdaşlıq etmək istəyir
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvü olmayan Rusiya və digər neft hasilatçısı ölkələri ilə uzunmüddətli əməkdaşlıq etmək istəyir.
"Reuters" agentliyi xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman deyib.
"OPEC 1 illik sazişdən uzunmüddətli anlaşmaya keçid üzərində çalışır. Bu 10-20 illik müddəti əhatə edəcək", - o bildirib.
Şəhzadənin sözlərinə görə, belə bir razılaşma mövcuddur, lakin onun detalları hələlik işlənib hazırlanmayıb.
Qeyd edək ki, OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələri arasında hasilatın həcminin azaldılmasına dair anlaşma bu ilin sonuna qədər qüvvədədir. Ötən həftə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih anlaşmanın müddətinin 2019-cu ildə də uzadılacağına ümid etdiyini bildirib.
© Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
4 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
6 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 9 saat əvvəl
-
9 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 9 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır



















