Neft, balistik raket atılması ilə bahalaşır

Yəməndəki Husi güclərinin Səudiyyə Ərəbistanına balistik raket atılması və bunun nəticəsində artan geosiyasi risklər ilə neft qiymətləri yüksəlib."Marja" xəbər verir ki, gərginlik neft ilə zəngin olan Orta Şərqdə hasilat problemlərinə səbəb ola bilər.
Səudiyyə Mətbuat Agentliyinə və dövlət televiziyası "El-Ekhbariya"ya görə, raketlər Ər-Riyad və digər şəhərlər üzərində təsirsiz hala gətirilib. Lakin raketlərin parçaları paytaxtın müxtəlif yerlərinə düşüb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanına dair narahatlıqlar, ABŞ-da qazılan neft quyularının sayındakı artımı kölgədə qoyub. Cümə günü "Baker Hughes" şirkətinin açıqladığı məlumatlara görə, ABŞ-da aktiv neft qazma qurğularının sayı keçən həftə 804-ə çıxaraq 2015-ci ilin Mart ayından bu yana ən yüksək səviyyəsinə çatıb. Digər tərəfdən, Çində Bazar ertəsi günü ilk dəfə neft fyuçerslərinin əməliyyatına başlanıb.
Keçən həftə neft qiymətləri 5,7% artmışdır. Səbəb ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsləhətçisi vəzifəsinə Con Boltonu təyin etməsi idi. Bu təyinat Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) ən böyük istehsalçılarından biri olan İrana qarşı sərtliyin artacağı gözləntilərinin güclənməsinə səbəb olmuşdur.
Digər tərəfdən ABŞ-da neft ehtiyatları 2014-cü ildən bu yana ilk dəfə beş ilin orta səviyyəsindən aşağı düşüb. Bu vəziyyət, OPEC və tərəfdaşlarının hasilatın azaldılması müqaviləsinin işə yaramağa başladığı kimi qiymətləndirilir.
Qərbi Texas neftinin (WTI) qiyməti 66.55 dollara, Brent neftinin qiyməti isə 71.01 dollara qədər qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 36 d. əvvəl
- 39 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
16 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
