“Meqa Sığorta”nın da qazancı azalıb
“Meqa Sığorta” ASC 2017-ci ili 4 milyon 968 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 18,6% azdır. “Meqa Sığorta” 2016-cı ildə 6 milyon 108 min manat, 2015-ci ili 9 milyon 821 min manat xalis mənfəət açıqlamışdı.
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Meqa Sığorta”nın cəmi gəlirəri 20 milyon 108 min manat, cəmi xərcəri 13 milyon 897 min manat təşkil edib, 1 milyon 242 min manat mənfəət vergisi ödənilib.
2016-cı ildə Şirkətin cəmi gəlirləri 25 milyon 152 min manat, cəmi xərcləri 17 milyon 517 min manat təşkil etmiş və 1 milyon 527 min manat mənfəət vergisi ödənilmişdi.
İllik müqayisədə “Meqa Sığorta”nın topladığı sığorta haqları da azalıb. 2016-cı ildə 20 milyon 154 min manat sığorta haqları toplamağa nail olmuş şirkət, 2017-ci ildə 16 milyon 640 min manat sığorta haqları toplaya bilib. Sığorta ödənişləri isə 4 milyon 174 min manatdan 3 milyon 176 min manata düşüb.
Qeyd edək ki, bugünədək maliyyə hesabatlarını dərc etmiş "A-Qrup", "AtaSığorta" və "Xalq Sığorta"nın xalis mənfəətləri azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























