Azərbaycanda sistem əhəmiyyətli banklara nəzarət qrupu yaradılacaq
Azərbaycanda sistem əhəmiyyətli banklara daha intensiv nəzarətin həyata keçirilməsi istiqamətində nəzarət qrupunun müəyyən edilməsi nəzərdə tutulur.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib. MBNP-dən bildirilib ki, Palata daxilində nəzarət və hesabatlıq çərçivəsinin müəyyən olunması və bu banklarda "qanuni təmsilçilik" mexanizminin formalaşdırılması planlaşdırılır.
MBNP-dən onu da vurğulayıblar ki, kredit büroları ilə bağlı normativ aktlar qəbul edilib və Palata tərəfindən nəzarət çərçivəsi müəyyən edilib.
"Həmçinin, valyuta tənzimi ilə bağlı qanunvericiliyə edilmiş dəyişiklərdən sonra mübadilə məntəqələrinin fəaliyyətini tənzimləyən qaydalar təsdiq edilib və mübadilə məntəqələrinin fəaliyyətinin əsaslarını müəyyən edən normativ baza yaradılıb", - deyə məlumatda vurğulanıb.
© APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 16 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 4 saat əvvəl
-
4 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Ən çox oxunanlar
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq






















