Banka sığortalı əmanət yatırdı, Fonddan sığortasız olduğunu öyrəndi – VƏTƏNDAŞ ÇIXILMAZ VƏZİYYƏTDƏ
Əksər insanlar 1 illədək müddətə banka əmanət yerləşdirsələr də, vaxtın tamamında əmanətini geri götürmək üçün banka getmirlər. Əsla bunu etməyin, əks halda Elvin Əzizovun başına gələn Sizin də taleyiniz ola bilər.
Elvin Əzizov “Marja”ya yazıb ki, 2016-cı ilin Noyabr ayında “Dəmir Bank”a 9 ay müddətinə 13,5%-lə əmanət yatırıb. 2017-ci ilin Avqust ayında əmanətin müddəti başa çatsa da E.Əzizov həmin ay əmanətini geri götürməyib. O, 3 ay sonra - 2017-ci ilin Dekabr ayında pulunu geri götürmək üçün banka müraciət edib. Bankdan ona “hazırda ilin sonu olduğundan hesablaşma işləri gedir, bir az gözləyin” cavabı verilib. İki həftədən sonra isə “Dəmir Bank”ın lisenziyası ləğv edilib.
İllik faiz dərəcəsi 15%-ədək olan əmanətlər 3 il müddətinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam sığortalanır. Elvin Əzizov pulunu sığortaya düşən 13,5%-lə “DəmirBank”a əmanət etdiyindən narahat olmayıb. Lakin Avqust ayında müştəri məlumatlandırılmadan, əmanət növbəti müddətə həmin vaxt qüvvədə olan şərtlər ilə uzadılıb. 2017-ci ilin Avqust ayında DəmirBank müvafiq əmanət məhsulunun faizini 13,5%-dən 15,5%-ə qaldırdığından, Elvin Əzizovun da əmanəti 15,5%-lə növbəti müddətə uzadılıb. “DəmirBank”ın lisenziyası ləğv edildikdən sonra Elvin Əzizov Əmanətlərin Sığortalanması Fondundan öyrənib ki, ona kompensasiya ödənilməyəcək. Çünki bankın lisenziyası ləğv edilən tarixdə pulu bankda 15,5%-lə əmanətdə olub. Fond buna əsas kimi müqavilədəki bir bəndi göstərib. Həmin bənddə qeyd olunur ki, əgər müştəri (əmanət sahibi) müqavilə ilə müəyyən olunmuş müddət başa çatdıqda əmanətini geri tələb etməzsə, vəsait, həmin tarixdə qüvvədə olan şərtlər ilə növbəti 9 aylıq müddətə banka əmanətə yatırılmış hesab olunur.
Elvin Əzizov yazır ki, müqavilədə belə bir bənd olsa da, Bank zəng, SMS kimi vasitələr ilə onu məlumatlandırmayıb. Halbuki, həmçinin müqavilədə qeyd olunub ki, şərtlərdə dəyişiklik olduğu halda əmanətçiyə məlumat veriləcəkdir.
Əmanətlərin Sığortalanması Fondundan “biz yalnız sığortalı əmanətlərə cavabdehik” cavabını alan Elvin Əzizov bu gün çıxılmaz vəziyyətdədir.
Devalvasiyalardan sonra banklar əmanət faizlərini qaldırdıqlarından Elvin Əzizov çıxılmaz vəziyyətə düşüb. Bu gün isə banklar əmanət faizlərini aşağı salırlar. 15%-lə yerləşdirdiyiniz əmanəti vaxtı çatdıqda geri tələb etməsəniz, böyük ehtimalla bu ildən daha aşağı faizlər ilə (6-12% civarında) əmanətiniz növbəti müddətə uzadılacaqdır. Həmçinin unutmayın ki, əmanətlər illik faiz dərəcəsi milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanır. Banka əmanəti yatırdığınız vaxtdan 3 ildən artıq müddətin keçməsi də sizi çıxılmaz vəziyyətə sala bilər.
Əmanətinizin 15%-dən yüksək nisbətlər ilə uzadıla bilinəcəyi ehtimalı az da olsa mövcuddur. Tövsiyə edirik ki, əmanəti hansı müddətə Banka yatırmısınızsa, müddət başa çatdıqda pulunuz ilə maraqlanın.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
- 9 d. əvvəl
- 14 d. əvvəl
- 35 d. əvvəl
-
45 d. əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
-
3 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Ən çox oxunanlar
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq



















