Sığorta mübahisələrinin məhkəməsiz həlli sistemi yaradıla bilər
Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Müşahidə Şurasının görüşü keçirilib.
Görüşdə Assosiasiyanın sədri Mustafa Abbasbəyli və Müşahidə Şurasının üzvü olan səkkiz sığorta və bir təkrarsığorta şirkətinin rəhbər şəxsləri iştirak edib.
ASA-da komitələrin formalaşdırılması və mediasiya işinin təşkili, habelə, qurumun inzibati quruculuq məsələləri, o cümlədən, strukturunun və cari il üçün ştat cədvəlinin müzakirəsi və təsdiqi, sığorta bazarının peşəkar digər iştirakçılarının ASA-nın üzvlüyünə cəlb olunması, təlimlərin genişləndirilməsi, həmçinin, bazarın inkişaf perspektivləri hesab olunan digər məsələlər geniş müzakirəyə çıxarılıb.
Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində mövcud olan mübahisəli məsələlərin məhkəməyə getmədən həlli istiqamətində mediasiya işinin təşkili barədə aparılmış müzakirələr nəticəsində beynəlxalq təcrübənin araşdırılmasına əsaslanan model üzrə müvafiq sistemin formalaşdırılması perspektivləri nəzərdən keçirilib.
Bazarın inkişaf perspektivləri hesab olunan sahələr arasında kənd təsərrüfatı sığortası, icbari əmlak sığortası, icbari avto sığorta, həkimlərin peşə məsuliyyətinin sığortası və sığortaçılar forumunun keçirilməsi üzrə icra olunmuş, eləcə də həyata keçirilməsi planlaşdırılan tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə ASA tərəfindən sığorta sektorunun müxtəlif istiqamətləri üzrə təşkil olunan təlimlərin sayının və effektivliyinin artırılması və daha çox tələb olunan sahələr üzrə təlimlərin təşkil olunmasına dair müvafiq qərar qəbul edilib.
Qeyd edək ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır. “A-Group Sığorta” ASC, “Azsığorta” ASC, “Atəşgah Sığorta” ASC, “AXA MBASK Sığorta” ASC, Azərbaycan Dövlət Sığorta Şirkəti, “AzRe Təkrarsığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasına daxil olan sığorta və təkrarsığorta şirkətləridi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















