JP Morgan: Yüksələn inflyasiya əmtəələr üçün yaxşı olacaq
"JP Morgan Chase" investisiya bankı, inflyasiyanın yüksəlməsinin əmtəələrin də qiymətlərinin qalxmasına səbəb olacağını hesab edir.
"Marja" xəbər verir ki, Bank yaydığı hesabatda, "İnflyasiya geri qayıtdı və bu əmtəələr üçün yaxşı olacaq" ifadələrinə yer verib.
Əmtəə qiymətlərinin Yanvar ayında son 2 ilin ən yüksək səviyyəsinə yüksəldiyini qeyd edən JP Morgan, xam maddələrin qarşıdakı dövrdə daha da bahalaşmaq meylində olduğunu bildirib.
Hesabatda, "İnflyasiya ABŞ Mərkəzi Bankının (Fed) 2 faiz hədəfinə çatdıqca metallar bahalaşmaqda davam edəcəkdir" - deyilir.
Qiymətli metalların (mis, sink, nikel və s.) bir ildə daha da bahalaşmalarının mümkün olduğunu qeyd edən "JP Morgan", mövcud konyukturanın 2018-ci ildən sonra da davam etməsini gözlədiyini qeyd edib.
"Cari artımlar metal qiymətlərindəki ən güclü dövrlərdən birinin yalnız başlanğıcıdır" - hesabatda deyilir. "JP Morgan" orta hesabla mis qiymətinin bu il 7405 dollar/ton olmasını gözləyir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 45 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
























