Biznes model necə yaradılır?
www.readit.az saytı sizi bir-birindən maraqlı kitab və mövzularla tanış etməyə davam edir. Bu dəfəki məqaləmizin mövzusu “Biznes modelinin yaradılması” haqqındadır. Mövzu ilə bağlı ən məhşur və praktik kitablardan biri olan Aleksandr Ostervalder və İv Piqneur tərəfindən yazılmış “Biznes model quruculuğu” kitabıdır.
45 ölkədən 470 “Business Model Canvas” istifadəçisi tərəfindən ortaq şəkildə hazırlanan bu kitab güclü strateji fikir və vasitələri istifadə etməklə, əyani, 4 rəngli bir dizayna sahibdir və bu onların şirkətinizə tətbiqini asanlaşdırır. Bu üsul qabaqcıl biznes nəzəriyyəçilərinin ideyalarına əsaslanan ən məşhur Biznes Modellerini izah edir və onları öz şirkətiniz üçün tədbiq etməyinizə imkan verir. Bu kitab sayəsində dəyişən biznes modellərini sistemli şəkildə necə anlamağı, yaratmağı və tətbiq etməyi öyrənəcəksiniz, yaxud da köhnə modelləri analiz edib yeniləyə biləcəksiniz. Şirkətiniz mövcud olduğu müddət ərzində müştərilərinizi, dağıtım kanallarınızı, biznes partnyorlarınızı, gəlir axınlarını, xərclərinizi və əsas dəyər yaradan təkliflərinizi daha yaxşı anlayacaqsınız.
Bu kitab sizə iş modellərinin təbiətini daha yaxşı anlamaqda kömək edəcək. O eyni zamanda, ənənəvi modelləri və onların dinamikasını, innovativ tərəflərini, modelinizi gərgin rəqabət mühitində necə qoruyub saxlayacağınızı və öz şirkətinizin biznes modelinin yenidən dizaynını necə idarə edəcəyinizi öyrədir.
Hər hansı bir biznes modeli şirkətin yaradılması, inkişaf etdirilməsi və müvəffəqiyyətinin əsas prinsiplərinin təyin edilməsindən ibarətdir. Bütün tərəflərin mövcud biznes modelini müzakirə etməsi və yenilərini tətbiq edə bilməsi üçün “biznes modeli”ni, onun əsas komponentlərini anlamaq lazımdır. Ancaq burada ən vacib məsələ “eyni dildə” danışmaq, yəni müzakirə edilən kateqoriyaların hər birinin dəyərini anlamaqdır. Biznes modeli şablonu bir biznes modelinin müəyyənləşdirilməsi, təqdimatı, analizi və istifadəsinin ən məşhur dilidir.
İstənilən şirkətin ilk elementi müştərilərdir. Müştərilərin ehtiyaclarını daha yaxşı qarşılamaq üçün onları ehtiyaclarına, davranış xüsusiyyətlərinə və ya digər xüsusiyyətlərə görə qruplara ayırmaq lazımdır. Şirkət belə bir qrupun yalnız birini və ya bir neçəsini əhatə edən bir biznes modeli hazırlaya bilər. Bir şirkət müştərilərin müəyyən bir hissəsini seçərək təmin etməli olduğu əsas ehtiyacları müəyyənləşdirə bilər.
Kitabda həmçinin, dəyər təklifi anlayışından da bəhs edilir. Dəyər təklifi müştərinin məhsulunuzu seçmə səbəbidir – yəni, məhsulu onlar üçün lazımlı hala gətirən xüsusiyyət və üstünlüklərdir. Əslində, bu müştərilərin pullarını xərclədikləri şeydir. Bu xüsusiyyətlər kəmiyyət və ya keyfiyyət xarakteri daşıya bilər. Kitabın müəllifləri həmin xüsusiyyətlərin bir neçəsindən bəhs edir.
Ümumilikdə götürdükdə qeyd etmək lazımdır ki, kitab Google, IBM və Erikson kimi dünyanın ən böyük şirkətləri tərəfindən tətbiq olunan orijinal bir biznes modeli analizi və inkişaf anlayışı təklif edir. Kitabı oxumaqla öz şirkətinizə və ya müəssisənizə uyğun biznes modelini necə formalaşdıracağınızı öyrənə bilərsiniz. Əgər sizin şirkət yeni reallığa adaptasiya olmaq istəyirsə, ancaq rəqiblərdən önə çıxaracaq strategiyası yoxdursa, “Biznes model quruculuğu” kitabını mütləq oxumalısınız. Qeyd olunan kitabın qısa məzmununu saytımızdan 4 dildə əldə etməklə oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 12 saat sonra
- 9 saat sonra
- 5 saat əvvəl
-
-
8 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
8 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
9 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş




















