Azercell-in prezidenti qalib tələbələrlə görüşdü
Yanvarın 25-də Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Azercellin Təqaüdçüsü adına layiq görülən tələbələrlə görüşüb.
Görüşdə çıxış edən Vahid Mürsəliyev bildirib ki, bu proqram nəticəsində tələbələr Azercell-də təqaüd almaqla yanaşı telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər:
“Azercell fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə,tələbələrə dəstək verib. Sizin üçün tələbə və təcrübə proqramları və bir sıra layihələr həyata keçirilib. Təhsil aldığınız universitetlərlə əməkdaşlıq proqramları imzalanıb. Bütün bunlar təhsilimizin inkişafına yönəlik addımlardı”-deyən şirkət prezidenti Azercell-in bundan sonra da tələbələrin yanında olacağını bildirərək, onlara təhsillərində uğurlar diləyib.
Qeyd edək ki, bu il Azercell-in Təqaüd Proqramının qalibləri sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Iqtisad Universiteti, ADA Universiteti, Azərbaycan RespublikasınınPrezident yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, ADNSU, AzTU, Mingəçevir Dövlət Universiteti, AzMİU və Gəncə Aqrar Universitetinin tələbələri yer alıb.
Adı, soyadı | Universitet | İxtisas |
RafiqAbbasov | AzərbaycanDövlətIqtisadUniversiteti | Dünyaİqtisadiyyatı |
Dunay Xasaylı | BakıDövlətUniversiteti | Hüquqşünaslıq |
ƏliƏləkbərli | A.R. PrezidentiyanındaDövlətIdarəçilikAkademiyası | Hüquqşünaslıq |
Aynur Əsədli | ADA Universiteti | Beynəlxalqelmləri |
SəbinəƏzimova | A.R. PrezidentiyanındaDövlətIdarəçilikAkademiyası | KompyuterElmləri |
Günel Abdullayeva | BakıDövlətUniversiteti | Hüquqşünaslıq |
ƏzimHəşimov | XəzərUniversiteti | Neft-QazMühəndisliyi |
Sultan İsgəndərov | GəncəDövlətUniversiteti | Kimya-Biologiyamüəllimliyi |
HikmətCəfərli | QafqazUniversiteti | KompyuterMühəndisliyi |
RəsuKərimov l | QafqazUniversiteti | KompyuterMühəndisliyi |
MəmmədHacılı | QafqazUniversiteti | KompyuterMühəndisliyi |
ZümrüdMəlikzadə | GəncəDövlətUniversiteti | Riyaziyyat-İnformatika |
KənarəMuradova | NaxçıvanDövlətUniversiteti | Beynəlxalqmünasibətlərvəxaricidillər |
Mustafa Bünyamin | QafqazUniversiteti | Maliyyə |
TərlanMustafayev | A.R. PrezidentiyanındaDövlətIdarəçilikAkademiyası | Menecment |
MəhəmmədNamazlı | ADNSU | Neft-QazMühəndisliyi |
AyselQarayeva | BakıDövlətUniversiteti | Hüquqşünaslıq |
KönülQurbanlı | ADA Universiteti | İT vəsistemmühəndisliyi |
İnciRzayeva | NaxçıvanDövlətUniversiteti | Beynəlxalqmünasibətlər |
AsimanSəidzadə | Bakı Ali NeftMəktəbi | Neft-QazMühəndisliyi |
ŞahinXəlilov | AzTU | Kompüter mühəndisliyi |
HəsənŞirəliyev | A.R. PrezidentiyanındaDövlətIdarəçilikAkademiyası | Menecment |
ƏləddinŞıxızadə | QafqazUniversiteti | Kompüter mühəndisliyi |
TacirəCəfərova | MingəçevirDövlətUniversiteti | İqtisadiyyatvəİdarəetmə |
RukiyyəTağısoy | A.R. PrezidentiyanındaDövlətIdarəçilikAkademiyası | Hüquqşünaslıq |
TəhminəƏzimzadə | AzMİU | Memarlıq |
NemətZülfüqarlı | GəncəAqrarUniversiteti | MühasibatUçotuvə audit |
KamillaNəbiyeva | BakıDövlətUniversiteti | Beynəlxalqmünasibətlərvəİqtisadiyyat |
Qeyd edək ki, Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli olub. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. Həmin müddətdə Bakı və Bölgə Universitetlərində Azercellin İnsan Qaynaqları mütəxəssisləri tərəfindən təqdimatlar keçirilib. İkinci mərhələdə iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət olan onlayn tapşırıqla yanaşı ingilis dili tapşırığı verilib. Bundan əlavə tələbələr Azercellin İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndiriliblər.
Məlumat üçün bildirək ki, Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə Azercellin təqaüdçüsü adına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
7 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 10 d. əvvəl
- 15 d. əvvəl
- 20 d. əvvəl
- 28 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib













.jpg)







