Şəki kəlağayısına tələbat həmişə yüksək olub
Uzun illərdən sonra ötən il Azərbaycanda 71 ton yaş baramanın istehsal olunması “Şəki-İpək” ASC-nin işini də xeyli canlandırıb, səhmdar cəmiyyətin baramaaçan, burucu və toxucu istehsalatlarının fəaliyyətləri bərpa edilib, müəssisədə yenidən xam ipək istehsalına başlanılıb. İpək parça istehsalı isə, öz növbəsində, müəssisənin boyaq-bəzək istehsalatının da fəaliyyətinin canlanmasına səbəb olub.
Müxbir səhmdar cəmiyyətin kəlağayı istehsal sahəsinin fəaliyyəti ilə maraqlanıb, işçilərlə söhbətləşib.
Müəssisənin nəzdində kəlağayı istehsal sahəsi 2002-ci ildə yaradılıb. İstehsal sahəsinin meneceri olan Qüdrət Quliyev isə 35 ilə yaxındır burada çalışır. Müsahibimizin bildirdiyinə görə, Şəkidə kəlağayıçılığın çox qədim tarixi var. Bu sənət nəsildən-nəslə ötürülərək, zəmanəmizədək gəlib çatıb. Şəki kəlağayısına tələbat həmişə yüksək olub. Əvvəlki dövrlərdə burada ay ərzində 20-30 min ədəd bişmiş, ağardılmış kəlağayı istehsal olunurdu. Sonralar müəssisədə boyaq-bəzək istehsalatı yaradılıb və ipək kəlağayıların naxışlanmasına, müxtəlif rənglərə boyanmasına başlanılıb.
İstehsalat rəhbərinin dediyinə görə, son illər xammal çatışmazlığı səbəbindən müəssisənin digər istehsal sahələri kimi, boyaq-bəzək istehsalatının fəaliyyəti də xeyli zəifləmişdi. Ay ərzində cəmi 500 ədəd güllü, 2-3 min ədəd isə bişmiş kəlağayı istehsal olunurdu. Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ötən il müəssisədə 9 tona yaxın xam ipəyin istehsal edilməsi boyaq-bəzək istehsalatının fəaliyyətinə böyük təsir göstərib. Hazırkı xammal ehtiyatı ilə müəssisənin bu istehsal sahəsinin il ərzində fasiləsiz fəaliyyət göstərməsi mümkündür.
İndi burada ay ərzində min ədəd güllü kəlağayı, mindən artıq rənglənmiş şərf, həmçinin 10 mindən çox bişmiş kəlağayı istehsal olunur. Gələcəkdə istehsalın daha da genişləndirilməsi üçün bütün imkanlar var. İstehsal olunan kəlağayılar daxili bazarla yanaşı, satış üçün İran İslam Respublikasına da göndərilir.
Kəlağayının hazırlanması prosesi bir neçə mərhələdən ibarət olmaqla, xeyli zaman tələb edir. Müəssisədə istehsal olunan ipək sap burucu istehsalatında burulduqdan sonra toxucu istehsalatına göndərilir. Burada ipək saplardan yüksək keyfiyyətli nazik ipək parça toxunur. İpək parça kəlağayı üçün lazım olan ölçülərdə doğranır və boyaq-bəzək istehsalatına ötürülür. Bu istehsalatda ipək parça əvvəlcə soda qatılmış qaynar suda bişirilir, tərkibindəki yapışqan və digər maddələr təmizlənir, soyuq suda yüngülcə yaxalanaraq qurudulur. Sonra kəlağayıya naxış vurulması mərhələsi başlanır. Kəlağayının boyanması zamanı əsasən təbii boyalardan istifadə olunur.
Naxış vurma sahəsində çalışan Ülkər Bağbanlı, Gülnarə Hüseynova, Məhəbbət İsmayılova, İradə Həmidova, boyaqçılar Ənvər Nəbiyev, Nəzakət Balaşova və İradə Abdurahmanova ilə söhbət zamanı onlar bu işi sevərək gördüklərini dedilər. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin baramaçılığın inkişafı, o cümlədən “Şəki-İpək” ASC-nin tam gücü ilə işləməsinin təmin edilməsi ilə bağlı dediyi fikirləri razılıqla qarşılayan bu insanlar müəssisənin fəaliyyətinin bərpa olunmasına göstərdiyi diqqət və qayğıya görə kollektiv adından dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 13 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
21 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)



.jpg)









