"GÖZLƏMƏ"nin nə olduğu məlum oldu
Xeyli müddətdir sosial şəbəkələrdə, xəbər portallarında qırmızı fonda yazılan "GÖZLƏMƏ"nin sirri açıldı. Məlum oldu ki, gözlənilən yenilik Bir Bank tətbiqi imiş. Bir Bank ilə - bank xidmətlərindən istifadə etmək üçün gözləməyə ehtiyac yoxdur.
Bu gün "Kapital Bank" ASC-nin yaydığı məlumatda bildirilir ki, Bank onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən müştərilərə yeni Bir Bank tətbiqini təqdim edir. İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, Kapital Bank-ın istənilən ödəniş kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər.
Əgər müştərinin istifadə etdiyi smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyirsə, tətbiqə barmaq izi ilə daxil olmaq mümkündür. Bir Bank vasitəsilə Kapital Bank müştəriləri hesabları, ödəniş kartları, kredit və depozitlərini banka gəlmədən idarə edə bilərlər.
Yeni tətbiq vasitəsilə istifadəçilər həmçinin bir sıra innovativ əməliyyatları həyata keçirə biləcəklər: tətbiqə istənilən bankın ödəniş kartını əlavə etmək və bu kart vasitəsilə bir sıra əməliyyatlar həyata keçirmək, telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək və s.
Bundan başqa, tətbiq vasitəsilə kommunal / rabitə ödənişlərini həyata keçirmək, istənilən bank kartına köçürmələr etmək, həmçinin ödəniş şablonları yaratmaq mümkündür. Yeni tətbiqdə Kapital Bank-ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, valyuta məzənnələrini izləmək mümkündür.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Tətbiqi yüklə:
https://itunes.apple.com/us/app/birbank/id1293207342?mt=8
https://play.google.com/store/apps/details?id=az.kapitalbank.mbanking&hl=ru
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 43 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu


























