Məşhur şirkət hər işçisinə 1000 dollar mükafat verəcək
ABŞ-da vergi islahatı ilə mənfəət vergisi 35%-dən 21% səviyyəsinə endirilib. Bununla əlaqədar olaraq nəhəng şirkətlər qənaətlərini işçilərinə əks etdirməyə başlayıblar. Wal-Mart-dan sonra Walt Disney də bəyanat verərək hər işçisinə 1000 dollar mükafat veriləcəyini və universitet təhsillərinə də dəstək olacağını açıqlayıb.
"Marja" xəbər verir ki, məşhur Walt Disney şirkətinin dünən verdiyi açıqlamaya görə, dünya miqyasında 125 min işçisinin hər birinə 1000 dollar nağd pul mükafatı veriləcək.
Açıqlamada saatlıq çalışan personalın universitet təhsili xərclərinə də dəstək olacağı qeyd edilib.
Şirkətin İcraçı direktoru Bob İger bu dəstəkdən 88 min nəfərin istifadə edəcəyini bildirib. Disney-in ayırdığı vəsait 175 milyon dollar olacaq. Bunun 50 milyonu işçilərin təhsil xərclərinə dəstək məqsədilə ayrılacaq.
Şirkət rəhbərləri isə bu imkandan istifadə edə bilməyəcəklər.
Walt Disney ötən il 55 milyard dollar gəlir əldə etmiş və xalis mənfəətini də 8.9 milyard dollar olaraq açıqlamışdı.
Fevral ayından etibarən tətbiq olunmağa başlanacaq qərar, ABŞ konqresindən yeni keçən layihə ilə müəssisələrə tətbiq olunan vergi faizinin azalmasının şəxsi heyətə əks olunması kimi şərh olunur.
Qeyd edək ki, ötən günlərdə də dünyanın ən böyük pərakəndə şirkəti Wal-Mart işçilərinin saatlıq əmək haqlarını artırmışdı.
Telekommunikasiya şirkəti Comcast da 100 mini keçən şəxsi heyətinə 1000 dollar mükafat verəcəyini bildirmişdi. Comcast-a başda NBC Universal və Dreamworks olmaqla bir çox media qurumu daxildir.
As a result of the recently enacted tax reform, 125,000 Disney employees to receive $1,000 cash bonus and Company launches new $50 million higher education program: https://t.co/79MVup6n3m
— Walt Disney Company (@WaltDisneyCo) 23 Ocak 2018
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
29 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
43 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib























