Virtual pullar: Ripple 8.8 faiz bahalaşıb
Bloomberg qiymətlərinə görə, Bitcoin, Bazar ertəsi günü Nyu-York saatı ilə 17:00-dan 00:00-a qədər 2.3 faiz yüksələrək 10590 dollar səviyyəsindən ticarət olunub.
"Bitstamp" qiymətlərinə görə, mühüm virtual pullardan Ripple 8.8 faiz dəyər qazanıb. Ripple-ın qiyməti 4 Yanvarda görülən 3.32 dollarlıq rekorddan 61 faiz aşağıdır.
Bitcoin qiymətləri 10316 dollar ilə 10981 dollar arasında ticarət olunaraq 6.4 faiz dalğalanıb. Bazar dəyəri ən yüksək rəqəmsal pul olan Bitcoin-in qiyməti, 18 Dekabr 2017-ci ildə görülən 19511 dollarlıq rekordundan 45 faiz aşağıdır.
Bir həftədə 1.2% geriləyən Bitcoin, bu il təxminən 26 faiz ucuzlaşıb.
CME-də əməliyyat olunan 26 Yanvar tarixli Bitcoin fyuçers müqavilələri, 140 müqavilə həcmli əməliyyatlarda 2.3 faiz dəyər qazanaraq 10595 dollardan alıcı tapıb. Bir əvvəlki seans ümumi əməliyyat həcmi 1137 müqavilə olub. CME-də əməliyyat olunan müddətli Bitcoin fyuçers müqavilələri beş Bitcoin-i təmsil edir.
Cboe-də əməliyyat olunan 14 Fevral müddətli Bitcoin müqavilələri isə 1924 müqavilə həcmli əməliyyatlarda 4% yüksəliş ilə 10630 dollardan ticarət olunub. Bir əvvəlki seansda əməliyyat həcmi 9098 müqavilə olub. Cboe-də ticarət olunan hər bir müqavilə bir Bitcoin-i təmsil edir.
"Bitstamp" qiymətlərinə görə, digər kriptovalyutalardan Ethereum 2.3 faiz bahalaşaraq 975 dollara yüksəlib. Litecoin isə 1.6 faiz dəyər qazanaraq 173.99 dollar səviyyəsinə qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
26 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
40 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















