Dünya Netflix-ə qoşulur, şirkət rekordlar qırır
Qlobal internet televiziya şəbəkəsi Netflix, 2017-ci ilin dördüncü rübündə gəlirinin və mənfəətinin artdığını açıqlayıb.
"Marja" Netflix-dən verilən açıqlamaya istinadən xəbər verir ki, ötən ilin dördüncü rübündəki gəlirin, 2016-nın eyni dövrü ilə müqayisədə 33 faiz artımla 3,29 milyard dollara yüksəldiyi bildirilib. Şirkətin gəliri 2016-nın son rübündə 2,48 milyard dollar olmuşdu.
Şirkətin ötən ilin dördüncü rübündə xalis mənfəəti də 2016-cı ilin eyni dövrü ilə müqayisədə 178 faiz artaraq 186 milyon dollara çatıb. Netflix, 2016-nın oktyabr-dekabr dövründə 67 milyon dollar xalis qazanc açıqlamışdı.
Netflix-in gəlir və mənfəətindəki artımın ardından Nyu-York Birjasının bağlanmasından sonra aparılan məhdud əməliyyatlarda səhminin dəyəri 8,8 faiz artaraq 247,67 dollara qədər qalxıb.
Beləliklə, şirkətin bazar dəyəri də 98,5 milyard dollardan 107,2 milyard dollara qalxıb, Netflix-in bazar qiyməti ilk dəfə 100 milyard dolların üzərinə çıxmışdır.
YENİ ABUNƏÇİ SAYINDA REKORD
Netflix, 2017-nin dördüncü rübündə dünya üzrə təxminən 8 milyon 330 min yeni abunəçi qəbul edib. Beləliklə, şirkət tarixində bir rübdə çatılan yeni abunəçi sayında da rekord qırılıb.
Həmin dövrdə yeni abunəçilərin 1 milyon 980 mini ABŞ-dan, 6 milyon 360 mini də digər ölkələrdən xidmətə qoşulub.
Beləliklə, Netflix-in cəmi üzvlərinin sayı ABŞ-da 54 milyon 750 minə, ABŞ xarici ölkələrdə 62 milyon 830 minə çataraq, bütövlükdə təxminən 117 milyon 580 min olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
29 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
43 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib



















