“Unibank”ın maliyyə vəziyyəti məlum oldu

“Unibank” ASC 2017-ci ili 4 milyon 44 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın rüblük maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ildə Unibank-ın cəmi gəlirləri 80 milyon 908 min manat, o cümlədən faiz gəlirləri 72 milyon 84 min manat, qeyri-faiz gəlirləri 8 milyon 824 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 7 milyon 869 min manat əməliyyat mənfəəti qalıb. Unibank ehtimal olunan kredit və depozit itkiləri üzrə ehtiyatlara 3 milyon 825 min manat ayırdığından ötən ili 4 milyon 44 min manat xalis mənfəət ilə başa vurub.
GƏLİRLƏRİ 2 DƏFƏ AZALIB
2016-cı ildə Unibankın cəmi gəlirləri 164 milyon 443 min manat, o cümlədən faiz gəlirləri 122 milyon 14 min manat, qeyri-faiz gəlirləri 42 milyon 429 min manat təşkil etmişdi. Bank həmin ili 31 milyon 301 min manat zərər ilə başa vurmuşdu. Beləliklə, Unibank zərərdən mənfəətə keçsə də, cəmi gəlirləri təxminən 2 dəfə azalıb.
Unibank 2016-cı ildə ehtiyatlara 102,6 milyon manat ayırmışdı. Bu səbəbdən ili zərər ilə bağlamışdı.
Unibankın 2016-cı ildə ehtiyatlara 102,6 milyon ayırmasına qarşı, ötən il ehtiyatlara 3 milyon 825 min manat ayırması Bankın ödənməyən kreditlər böhranını geridə qoyduğuna işarədir.
31 Dekabr 2017-ci il tarixində Unibank 601 milyon 841 min manat cəmi aktivlərə, 538 milyon 419 min manat cəmi öhdəliklərə, 63 milyon 422 min manat cəmi balans kapitalına malik olub.
Unibank 31 Dekabr 2016-cı il tarixində 716 milyon 522 min manat cəmi aktivlərə, 650 milyon 5 min manat cəmi öhdəliklərə və 66 milyon 516 min manat cəmi balans kapitalına malik idi.
2016-cı ilin sonunda 64 milyon 918 min manat məcmu kapitala malik olan Unibank 2017-ci ilin sonunda 67 milyon 488 min manat məcmu kapitala malik olub.
Bankın müştərilərə verdiyi kreditlər 2016-cı ilin sonundakı 426 milyon 612 min manatdan 2017-ci ilin sonunadək 280 milyon 86 min manata düşüb.
YENİ KREDİTLƏR 2,6 DƏFƏ ARTIB
Unibank bəyan edib ki, ümumi kredit portfelinin həcminin azalmasına baxmayaraq, 2017-ci il ərzində verilmiş kreditlərin həcmi 2016-cı ilin nəticələri ilə müqayisədə 2,6 dəfə artıb.
Bank müştəri sayının da əhəmiyyətli dərəcədə artımına nail olub. Kiçik və orta sahibkarlıqla məşğul olan müştərilərin sayı 25% artıb. Biznes müştərilərin cari hesablarının qalıq məbləğləri 2 dəfə çoxalıb. Unibank əmək haqqı kartına sahib olan müştərilərin sayı 2,5 dəfə artıb.
Mənfəət və zərər haqqında hesabat | ||||
| 1. Rüb - 2017 | 2. Rüb - 2017 | 3. Rüb - 2017 | 4. Rüb - 2017 |
Faiz və gəlirlərin bu qəbildən olan növləri | 17 751 | 22 258 | 56 459 | 72 084 |
Faizlər və onlara bağlı xərclər | (6 242) | (7 032) | (19 581) | (25 142) |
Xalis faiz mənfəəti | 11 509 | 15 226 | 36 878 | 46 942 |
Qeyri-faiz gəlirləri | (3 451) | 1 780 | 2 871 | 8 824 |
Qeyri-faiz xərcləri | (11 621) | (11 628) | (36 128) | (47 897) |
Xalis əməliyyat mənfəəti | (3 563) | 5 378 | 3 621 | 7 869 |
Ehtiyatlar üzrə ayırmalar | (3 230) | 4 284 | 14 376 | 3 825 |
Vergilər ödənildikdən sonra mənfəət / (zərər) | (334) | 1 094 | (10 755) | 4 044 |
Maliyyə vəziyyəti haqqında hesabat | ||||
Aktivlərin maddələri | 31.03.2017 | 30.06.2017 | 30.09.2017 | 31.12.2017 |
Nağd vəsaitlər | 27 493 | 34 797 | 29 708 | 31 573 |
ARMB-yə qarşı tələblər | 119 717 | 112 217 | 86 902 | 98 331 |
“Nostro" hesablar | 22 781 | 17 851 | 44 488 | 18 997 |
Banklar da daxil olmaqla maliyyə müəssisələrinə qarşı tələblər | 31 952 | 44 852 | 46 427 | 46 593 |
Qiymətli kağızlara investisiyalar | - | 6 114 | 27 915 | 15 222 |
Müştərilərə verilmiş kreditlər | 406 999 | 387 354 | 280 613 | 280 086 |
Əsas vəsaitlər | 51 595 | 54 614 | 54 795 | 55 025 |
İnvestisiyalar | 738 | 740 | 741 | 742 |
Digər aktivlər | 41 130 | 31 904 | 33 233 | 55 272 |
Cəmi aktivlər | 702 406 | 690 444 | 604 823 | 601 841 |
Öhdəliklərin maddələri | 31.03.2017 | 30.06.2017 | 30.09.2017 | 31.12.2017 |
“Loro" hesablar | 159 | 2 632 | 2 152 | 226 |
Müştəri hesabları | 355 497 | 362 371 | 377 262 | 355 907 |
Maliyyə institutlarından cəlb edilmiş vəsaitlər | 265 380 | 200 599 | 175 140 | 172 352 |
Digər passivlər | 13 426 | 7 904 | 7 279 | 9 934 |
Cəmi öhdəliklər | 634 463 | 573 506 | 561 833 | 538 419 |
Cəmi xalis aktivlər | 67 943 | 116 938 | 42 990 | 63 422 |
Cəmi öhdəliklər və kapital | 702 406 | 690 444 | 604 823 | 601 841 |
Balansdankənar öhdəliklər | 31.03.2017 | 30.06.2017 | 30.09.2017 | 31.12.2017 |
Qarantiyalar və bu qəbildən olan öhdəliklər | 2 005 | 2 130 | 2 037 | 2 422 |
Kredit alətləri | 57 382 | 57 203 | 63 292 | 55 687 |
Akkreditivlər | - | - | - | - |
Forvard və fyuçers müqavilələri | 12 067 | 13 563 | 14 178 | 2 870 |
Digər balansarxası öhdəliklər | 715 | 731 | 743 | 751 |
Cəmi | 72 169 | 73 627 | 80 250 | 61 729 |
Məcmu kapital | |||||
| 31.03.2017 | 30.06.2017 | 30.09.2017 | 31.12.2017 | |
Tutulmalardan sonra I dərəcəli kapitalı | 49 341 | 96 029 | 23 010 | 40 289 | |
II dərəcəli kapital | 18 538 | 8 420 | 7 291 | 27 942 | |
Məcmu kapital | 67 879 | 104 449 | 30 301 | 68 230 | |
Məcmu kapitaldan tutulmalar: | (738) | (740) | (741) | (742) | |
Tutulmalardan sonra məcmu kapital | 67 141 | 103 709 | 29 560 | 67 488 | |
Əmsallar | Norma | 31.03.2017 | 30.06.2017 | 30.09.2017 | 31.12.2017 |
I dərəcəli kapitalın adekvatlıq əmsalı | 5,0% | 8,05% | 17,00% | 4,39% | 7,70% |
Məcmu kapitalın adekvatlıq əmsalı | 10,0% | 11,16% | 18,40% | 5,71% | 13,06% |
Leverec əmsalı | 5,0% | 6,82% | 13,51% | 3,66% | 6,49% |
Risk dərəcəsi üzrə ölçülmüş aktivlərin həcmi | 31.03.2017 | 30.06.2017 | 30.09.2017 | 31.12.2017 | |
0% | 175 992 | 189 122 | 176 456 | 161 521 | |
2% | 12 081 | 13 578 | 14 193 | 2 885 | |
20% | 14 804 | 9 617 | 43 179 | 27 869 | |
50% | 39 205 | 39 998 | 40 387 | 42 671 | |
60% | 55 423 | 55 173 | 61 376 | 53 986 | |
100% | 183 923 | 182 036 | 114 442 | 153 376 | |
110% | 147 542 | 135 089 | - | - | |
120% | 144 193 | 137 080 | 112 064 | 110 389 | |
150% | 120 997 | 109 171 | |||
Cəmi |
| 773 163 | 761 690 | 683 094 | 661 868 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
