"Kriptovalyutaların gələcək taleyi dövlətlərin münasibətindən asılı olacaq"
2018-ci ilin geridə qalan günləri kriptovalyutalar üçün də heç də uğurlu olmadı. Son bir ayda Bitcoin 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib. Cənubi Koreyanın kriptovalyutalar ilə əməliyyatları qadağan etmək istəyi virtual valyutaların daha da ucuzlaşmasına səbəb olub.
Tanınmış iqtisadçı Vüqar Bayrabov bildirib ki, kriptovalyutların gələcəyi dövlətlərin onlara münasibətlərindən asılı olacaqdır:
"Bitcoin ilə yanaşı, digər əksər kreptovalyutaların da dəyərində azalmalar müşahidə edilməkdədir. Bu arada əksər beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kreptovalyutalar ilə bağlı ehtiyatlı açıqlamalar gəldi. Bitcoin-dəki köpüklər partlayırmı? Əslində, öncədən əksər beynəlxalq qurumlar Bitcoin-in qiymətinin 8 min dolları keçəcəyi halda köpüklərin yaranacağını proqnozlaşdırmışdılar. Aydındır ki, əksər Mərkəzi Bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil və bu zaman tələb edəcək. Blokçeyn üzrə əməliyyatlar ənənəvi bankçılığı tələbi azaldır. Və sadəcə bu kontekstdən də hələlik nə əksər Mərkəzi Banklar, nə də kommersiya bankları virtual valyutaları xoş qarşılamırlar. Güman olunur ki, kriptovalyutaların gələcək taleyi birbaşa aparıcı dövlətlərin onlara münasibətindən asılı olacaq. Aparıcı ölkələr virtual pulların istifadə dairəsini məhdudlaşdırmaqda davam edəcəklərsə o zaman yeni qiymət azalmaları qaçılmazdır. Amma əgər ABŞ virtual pulları dəstəkləyərsə, o zaman kriptovalyutalar “ayaqda dura” bilərlər. Bütün hallarda isə, kriptovalyutaların taleyinin necə olmasından asılı olmayaraq, yaxınlarda olmasa da, bütövlükdə gələcək virtual valyutaların olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
30 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
44 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib






















