20 pətək ilə işə başladı, indi Yaponiyaya məhsul ixrac edir
Azərbaycan istehsalı “Qinyət Oğulları” markalı balın Yaponiyaya ixracına başanılıb.
“Marja” xəbər verir ki, bunu sahibkar Lətif Lətifov bildirib.
“Keçən 2017-ci ilin dekabr ayında Yaponiyaya məhsul ixrac etmişik. Bu, bizim təsərrüfat üçün böyük hadisədir. Gələcəkdə başqa ölkələrə də ixracı genişləndirməyi hədəfləyirik”.
“Mən həvəskar arıçı kimi işə başlayanda cəmi 20 arı pətəyimiz vardısa, hazırda mindən çox arı pətəyimiz var” deyən sahibkar sözlərinə belə davam edib:
“Bizim işimiz təbiətdən asılıdır. Hər ilin, hər fəslin öz hökmü var. Biz təbiətdə olan balı yığırıq. Təbiət hansı növ bal yığmağa şərait yaradırsa, bizdə də həmin növ bal olur. Məhsullarımız yaz balı, cökə, barınc və dağ balıdır. Baldan başqa arı südü, çiçək tozu və vərəmum da istehsal edirik. Qaldı ki, hər il nə qədər bal götürürük - bu rəqəm həmişə fərqli olub. Məsələn, ən çox 22 ton məhsul yığmışıq, elə illər də olub ki, 9 ton, 18 ton bal götürmüşük”.
Məhsulun az yığılmasının da bir səbəbi var: “Çox vaxt bunun səbəbi bitkilərə, meyvə bağlarına, bostanlara, xüsusilə də, taxıl əkilən sahələrə məhsulları zərərvericilərdən qorumaq üçün dərmanların, kimyəvi maddələrin vurulmasıdır. Məsələn, bu səbəbdən şirkətimiz 2009-cu ildə məhsul yığa bilmədi, demək olar ki, həmin il biz müflis olmuşduq”.
Lətif müəllim qeyd edib ki, hər bir sahədə olduğu kimi, arıçılıq da, böyük zəhmət tələb edən və gəlir verən sahədir: “Təsərrüfat yarandığı ilk gündən hər şeyi öz ailə- mizin gücünə etsək də, 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondundan 15 000 AZN kredit götürdük. Bunun təsərrüfatımıza böyük köməyi oldu".
“BANKALARI İRANDAN, QAPAQLARI RUSİYADAN ALIRIQ”
O, “Qablaşdırma və daşınmanı necə həyata keçirirsiniz?” sualına aşağıdakı şəkildə cavab verib: “Qablaşdırma üçün 30, 140, 300, 470, 900 qramlıq bankalardan istifadə edirik. Bankaları İrandan, qapaqları Rusiyadan alırıq. Etiketlər Bakıda hazırlanır. Arıçılıq məhsulları Şəkidə qablaşdırılır, markalanır, Azərbaycanın digər rayonlarına və paytaxtımıza göndərilir”.
Sahibarsahənin çətinlikləri olduğunu da deyib: “Çətinlik ondan ibarətdir ki, Azərbaycanda arıçılıq məktəbi yoxdur, gənc arıçı kadrlara böyük ehtiyac var. Şəxsən mən həm də bir müəllim kimi, gənclərimizi öyrədirəm, amma məktəb olsaydı daha yaxşı olardı. Hazırda bizim kənddə 3 000 arı pətəyi var. Bacarıqlı kadrlarla gördüyümüz işin də keyfiyyəti, təbii ki, yüksək olur. Bir də qeyd etmək istərdim ki, son vaxtlar arı-çılıqda rəqabət güclənir. Əslində bu, çətinlik yox, keyfiyyət yarışıdır. Biz bacardığımızı edirik ki, “Qinyət Oğulları” arıçılıq məhsulları yerli bazarda lider olaraq qalsın. Onu da deyim ki, “Qinyət Oğulları” təsərrüfatı olaraq biz həmişə öz adımızı qorumağa çalışırıq. Məhsullarımızın keyfiyyətindən əmin olduqdan sonra onları satışa çıxarırıq. Əminliklə deyə bilərəm ki, balımız tam təbiidir və biz öz məhsullarımızı özümüz satırıq. Bal süzmə prosesini tam olaraq təkmilləşdirmişik, bal insan əli dəymədən süzülür. Avadanlıq ABŞ-dan gətirilmişdir. Bu işləri tam gigiyenik şəraitdə görürük”.
© Yeganə Məmmədova
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
3 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
8 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
8 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb



















