Səudiyyənin neft nəhəngi səhmdar cəmiyyətə çevirildi
Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkəti səhmdar cəmiyyətinə çevrilib. Bu barədə Krallığın rəsmi bülleteninə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Neft şirkətinin hüquqi statusunun dəyişdirilməsinə səbəb kimi onun özəlləşdirilməsi planları göstərilib. Qeyd edək ki, S.Ərəbistanı 2018-ci ildə "Saudi Aramco"nun səhmlərinin ilkin emissiyasını (IPO) həyata keçirmək niyyətində olduğunu bildirib.
"Saudi Aramco"nun ilkin kapitalı 16 mlrd. ABŞ dolları və ya 200 mlrd. ədəd adi səhm kimi qiymətləndirilib. Bundan başqa, şirkətin İdarə Heyətinin 11 nəfər üzvü olacaq.
Xatırladaq ki, "Saudi Aramco" özəlləşdirilmə xəbərlərini 2016-cı ilin yanvarında yayıb. IPO-da şirkətin 5%-nin fond birjalarında satışı nəzərdə tutulub. Şirkətin dəyəri isə 2 trln. dollar həcmində qiymətləndirilib. "Bloomberg" agentliyinin məlumatına görə, "Saudi Aramco"nun özəlləşdirilməsi 2019-cu ilə saxlanıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
15 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 18 d. əvvəl
-
27 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
30 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir





















