Neft qiymətləri son 3 ilin ən yüksək səviyyəsinə qalxdı
Neft qiymətləri, ABŞ-da özəl sektorun açıqladığı göstəricinin neft ehtiyatlarının düşməyə davam etdiyini göstərməsi və OPEC-in hasilatının ötən ay dəyişməməsindən sonra üç ildən çox müddətin ən yüksək səviyyəsinə qalxıb.
"Marja" xəbər verir ki, ABŞ-da özəl sektorun maliyyələşdirdiyi Amerikanın Neft İnstutunun (API) məlumatlarına görə, neft ehtiyatları ötən həftə 4.99 milyon barrel azalıb. Cümə günü Enerji İnformasiya İdarəsinin (EIA) açıqlayacağı rəsmi məlumatların isə ehtiyatların 4.7 milyon barrel düşdüyünü göstərməsi gözlənilir. Bu halda, ehtiyatlar yeddi həftə ardıcıl azalmış olacaqdır.
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatlarını azaltmaları ilə keçən il 12 faiz bahalaşmışdı.
Ancaq neftin bahalaşması ABŞ-da istehsalın və ehtiyatların yenidən artmasına səbəb ola bilər. Fed-in Dallas şöbəsinin ötən həftə neft sənayesinin 42 aparıcı adı arasında keçirdiyi sorğuya görə, neft qiymətlərinin 61 dollar ilə 65 dollar arasında qalması vəziyyətində neft quyularının sayı artacaqdır.
Analitiklər bildirirlər ki, yaxında neft qiymətlərinin qalxması dayanacaqdır. Çünki bu səviyyədəki qiymətlər ABŞ-da istehsalın artırmasına səbəb olur. Sadəcə Şimal Dənizi və Liviyada boru kəmərləri ilə nəqlin müvəqqəti dayandırılması, ABŞ-da düşən ehtiyatlar və İrandakı etiraz aksiyaları qiymətlərə müvəqqəti təkan vermişdi.
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 2,7% yüksələrək 62 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 2.1% qalxaraq 2014-cü ilin Dekabr ayından bu yana ən yüksək səviyyəyə - 68,01 dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
19 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 22 d. əvvəl
-
31 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
34 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir























