Mərkəzi Bankın 2018 üçün "Manat diaqnozu" - BƏYANAT
"Proqnozlaşdırılan neft qiymətləri ilə (45 dollar) tədiyyə balansının cari əməiyyatar hesabında profisitin olacağı gözlənilir. İdxalın əvəzlənməsi və ixracın stimullaşdırılması istiqamətində qəbul edilmiş qərarların cari əməliyyatlar hesabına müsbət təsiri növbəti ildə və ortamüddətli perspektivdə də davam edəcəkdir. Kapital və maliyyənin hərəkətinə isə iri enerji layihələrinin reallaşdırılması ilə bağlı kapital axınları təsir edəcəkdir".
"Marja" xəbər verir ki, bu. Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri haqqında Bəyanatında deyilir.
"Qiymətləndirmələr göstərir ki, tədiyyə balansı və Neft Fondunun büdcəyə transfertlərinin həcmi 2018-ci ildə valyuta bazarında sabitliyi təmin etməlidir. Manatın məzənnəsinin uzunmüddətli trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır. Valyuta bazarının uzunmüddətli sabitliyi üçün tətbiq edilən valyuta nəzarətinin optimallaşdırılması da mühüm əhəmiyyətə malikdir",- Bəyanatda deyilir.
Fiskal siyasətdəki nisbi yumuşalmanı nəzərə almaqla Mərkəzi Bank 2018-ci ildə də konservativ (mühafizəkar) pul siyasətini davam etdirəcəkdir. Bunun üçün Mərkəzi Bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcəkdir.
"VALYUTA BAZARINA MÜDAXİLƏ EDƏ BİLƏRİK"
Bəyanatda bildirilir ki, Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaqdır. Mərkəzi Bank milli valyutanın fundmental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər.
Manatın əhəmiyyətli bahalaşaması bir sıra risklərə yol aça bilərdi.
Bəyanatda qeyd olunub ki, çevik məzənnə rejimi şəraitində II rübdən sonra milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub.
“Manatın əhəmiyyətli möhkəmlənməsi bir sıra mikro və makro risklərin reallaşmasına yol aça bilərdi. Valyuta bazarında təklifin tələbi üstələməsi, büdcəyə valyuta transfertlərinin reallaşması ilə bağlı çətinliklər şəraitində fiskal sektorun likvidliyə olan tələbatı pul bazasının artımına və monetar şəraitə təsir göstərən əsas amil olub. 2017-ci ilin 11 ayında pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 10,5% artıb”, - deyə sənəddə vurğulanıb.
Davam edəcək....
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








