Yeni ilin əvvəlində Azərbaycanda dollar ucuzlaşa bilər - PROQNOZ
Azərbaycanda 2018-ci ilin ilk rübündə ABŞ dollarına cari tələbatın xeyli azalacağı və məzənnənin enəcəyi gözlənilir.
Bir qrup analitiklərlərin proqnozuna görə, neft qiymətlərinin son 2,5 ilin maksimal həddinə - 67 dollar/barelə çatmasına baxmayaraq, Azərbaycanda dollara tələbin artması ilin sonu ilə əlaqədar maliyyə təşkilatlarının valyutada açıq mövqelərini bağlaması və idxalın mövsümi səbəblərdən artması ilə bağlıdır.
Analitiklər 2018-ci ilin ilk rübündə ənənəvi olaraq idxalın azalacağını, nəticədə, dollara tələbin xeyli aşağı düşəcəyini proqnozlaşdırır:
"İlin ilk rübündə qlobal neft bazarında qiymətlərin 60 dollar/bareldən yuxarı həddə sabitləşməsi durumunda Azərbaycanda dolların rəsmi məzənnəsinin 1,65-1,67 AZN/USD-yə qədər geriləməsi, nağd valyuta bazarında isə məzənnənin daha da aşağı düşməsi mümkündür".
"Lakin qeyd etmək lazımdır ki, cari ilin III rübündə Azərbaycanın tədiyyə balansı əvvəlki rüblə müqayisədə 88 dəfə azalaraq 11 mln. dollara enib. Bu azalma, dolların məzənnəsinin həddindən artıq ucuzlaşmasına mane olacaq. Həmçinin, qlobal bazarda neftin yenidən ucuzlaşması başlayarsa, o zaman dolların məzənnəsi yenidən 1,70 AZN/USD və hətta daha yuxarı səviyyəyə yüksələ bilər. Qlobal iqtisadiyyatda hər hansı bir gözlənilməz hadisənin baş verməməsi durumunda, 2018-ci ildə ciddi iqtisadi artım proqnozlaşdırılır. Bu da öz növbəsində neftə tələbatı artıraraq qiymətlərin yüksək səviyyədə qalmasını təmin edəcək", - deyə analitiklər əlavə ediblər.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
24 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
33 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib




.jpg)
.jpg)





.jpg)








