Neft qiymətlərinin gələn ilin əvvəlindən düşəcəyi gözlənilir
Bir sıra mütəxəssislər ABŞ-da şist nefti hasilatının artması və geosiyasi risklərin dərinləşməsi səbəbindən gələn ilin əvvəlindən başlayaraq neft qiymətlərinin düşə biləcəyini dilə gətirir.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, "Longview Economics"in yüksək səviyyəli iqtisadçısı Harry Colvin gələcək 3 ayda neft qiymətlərində azalma gözlədiklərini söyləyib. Ekspert, ilin ilk beş ayının sonunda neftin barrel qiymətinin 50 dollara düşəcəyini, 45 dollarların da təəccüblü olmayacağını deyib.
Neft qiymətləri İyunda ilin "dib" səviyyələrini görməsinin ardından bir qədər yüksəlib. ABŞ nam neftinin qiyməti 58 dolların, Brent neftin qiyməti isə 65 dolların üzərinə çıxıb. OPEC və OPEC-ə daxil olmayan neft istehsalçılarının ilin əvvəlində qlobal hasilatı azaltmaq qərarı neftin bahalaşmasına səbəb olub.
"PVM Oil Associates"in analitiki Stefan Brennock isə, "2018-in ilk rübündə neftin qiymətlərində geosiyasi proseslər əsas həlledici olacaqdır",- deyə bildirib. Analitikə görə, İranın ABŞ və Səudiyyə Ərəbistanı ilə münasibətləri, Venesuelada pisləşən borc böhranının OPEC üzvlərinin neft hasilatına zərər vuracaq.
Qlobal investisiya bankı "Goldman Sachs" OPEC-in qərarına sadiq qalacağını gözləndiyini, bunun da 2018-ci il ərzində neft qiymətlərini dəstəkləyəcəyini bəyan edib. Bank gələn il üçün Brent neft qiymət proqnozunu 58 dollardan 62 dollara, ABŞ xam neftinin proqnozunu 55 dollardan 57.50 dollara qaldırıb.
OPEC, Rusiya və 9 istehsalçı gündəlik neft hasilatını azaltmaq müqaviləsini 2018-in sonuna qədər uzatmaq qərarını veriblər.
Qlobal maliyyə şirkəti "Citi"nin energetika strateqi Chris Maim əsas göstəricilərin bazarı dəstəkləsə də, gələn ili ilk rübünün sonunda neftin qiymətinin 57 dollara geriləcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























