Hər 50 AZN istifadəyə 1 AZN ödəniş! - Bank of Baku-dan Yeni İl Kampaniyası
Bank of Baku Yeni ildə dostlarını sevindirəcək yeni kampaniyaya start verir.
Yeni ilə ÖZƏL olaraq start verilən kampaniya çərçivəsində Bank, “Dostlar Klubu” kredit kartları üzrə komissiyalara ENDİRİM tətbiq edəcək.
Belə ki, Gümüş, Qızıl və Brilliant kart sahibləri kampaniya çərçivəsində təcili kredit xətti üzrə istifadə etdikləri hər 50 AZN üçün sadəcə 1 AZN komissiya ödəyəcəklər. Yəni, 50 AZN istifadə üçün 51 AZN, 100 AZN istifadə üçün 102 AZN və s. ödəmə imkanları olacaq.
Kampaniya şərtlərinə əsasən güzəştli komissiyalar aşağıdakı kimidir:
-İstifadə edilən məbləğ 50 AZN-dək və 50 AZN olduqda –1 AZN
-İstifadə edilən məbləğ 51 AZN-dən 100 AZN-dək və 100 AZN olduqda - 2 AZN
-İstifadə edilən məbləğ 101 AZN-dən 150 AZN-dək və 150 AZN olduqda - 3 AZN
-İstifadə edilən məbləğ 151 AZN-dən 200 AZN-dək və 200 AZN olduqda - 4 AZN
-İstifadə edilən məbləğ 201 AZN-dən 300 AZN-dək və 300 AZN olduqda - 6 AZN
-İstifadə edilən məbləğ 301 AZN-dən 400 AZN-dək və 400 AZN olduqda - 8 AZN
Yeni il Kampaniyasında Dostlar Klubunun bütün köhnə və yeni üzvləri iştirak edə bilər.
Bank of Baku-nun “Dostlar Klubu”na üzv olmayan şəxslər isə “Dostlar Klubu”na qoşulmaqla aşağıdakı kartlardan birini əldə edə və kampaniyadan faydalana bilərlər:
-Gümüş Standart – Kredit məbləği: 100 AZN-dək;
-Gümüş – Kredit məbləği: 200 AZN-dək;
-Qızıl – Kredit məbləği: 300 AZN-dək;
-Brilliant – Kredit məbləği: 400 AZN-dək.
Kampaniya 20 dekabr 2017 – 05 yanvar 2018-ci il tarixlərində keçərlidir və komissiyalara edilmiş endirimlər yalnız bu dövrə şamil edilir.
Qeyd edək ki, kampaniya dövrü bitdikdən sonra istifadə edilən məbləğlərə cari şərtlərə əsasən komissiya hesablanacaq.
Kampaniya haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
5 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
5 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“İrana bombardmançı təyyarələrimizi göstərdik”
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir
50 investor "FNC BOKT"a 4 milyon 750 min manat borc verdi
"Bu proses nəzarətsiz davam etsə, rəsmi avtomobil bizneslərinin tənəzüllünə gətirib çıxara bilər"
Toyuq və toyuq sendviçləri menyusu ilə məşhur olan ABŞ markasının Bakıda restoranı açılır




















