9 sığorta şirkətinin ödənişləri artıb
Bu ilin yanvar-noyabr aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 9-nun ödənişləri illik müqayisədə artıb, 10-nun ödənişləri azalıb, 1 şirkət ("Qala Sığorta") ötən ilin ilk 11 ayında ödəniş etmədiyi və 1 şirkət ("Naxçıvan Sığorta") ötən ilin ilk 11 ayında bazarda olmadığı üçün isə onların ödənişlərində dinamika qeydə alınmayıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Günay Sığorta"dır. Bu şirkət hesabat dövründə 1,002 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 506,1% çoxdur. Ödənişləri ən az artan şirkət isə "Atəşgah Sığorta"dır. Bu şirkətin ödənişləri yanvar-noyabrda 14,4 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,9% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta"dadır. Bu şirkət 11 ay ərzində 7,146 milyon manat ödəniş edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Amrah Sığorta" şirkətindədir. Bu şirkətin ödənişləri 66,8% azalaraq 60 min manata düşüb.
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















