“Türk Hava Yolları”nın bort jurnalı Bakı haqqında məqalə dərc edib
Bütün Türkiyə və dünya üzrə uçuşlar yerinə yetirən “Türk Hava Yolları” aviaşirkətinin "Skylife" adlı nüfuzlu bort jurnalının dekabr buraxılışında Bakıya həsr olunmuş xüsusi məqalə dərc olunub.
Məqalənin müəllifi həm ölkənin tarixi və mədəniyyəti haqqında dəyərli məlumatlar verir, həm də Bakının diqqətəlayiq yerləri və milli mətbəxin ləziz yeməkləri barədə təəssüratları ilə bölüşür:
«"Qafqazın Dubayı" və “badi kubə” (küləklər şəhəri) kimi tanınan Bakı regionun ən aparıcı və kosmopolit şəhəridir. Qafqazda heç bir yerdə Şərq və Qərb belə asanlıqla birləşmir – bunu hətta küçələrdə belə müşahidə etmək mümkündür. Burada gözəl tarixi binalar və parlaq futuristik memarlıq fonunda köhnə sovet və müasir Avropa avtomobilləri yanbayan irəliləyir».
“Türk Hava Yolları” dünyada ən çox ölkə və istiqamət üzrə uçuşlar həyata keçirən aviaşirkətdir (şirkətin marşrut şəbəkəsi dünyanın 120 ölkəsində 300 istiqaməti əhatə edir). Bu səbəbdən bu cür pozitiv xarakterli məqalənin “Türk Hava Yolları”nın bort jurnalında yerləşdirilməsi orta hesabla 6 milyon potensial səyahətçiyə Bakının qonağı olmaq imkanı yarada bilər.
“Türk Hava Yolları” aviaşirkəti müştəriləri arasında Azərbaycanın turizm istiqaməti kimi təşviqində maraqlıdır. Məhz buna görə öz kanalları vasitəsilə ölkə barədə qiymətli məlumatların yayılması şirkət tərəfindən tətbiq olunan alətlərdən biridir. “Türk Hava Yolları” 1991-ci ildən Azərbaycan bazarında xidmət göstərməkdən məmnundur, aviaşirkət əməkdaşlıq etdiyi təşkilatların imkanlarının genişləndirilməsinə daim can atır.
Məqalənin tam versiyası: https://www.skylife.com/en/2017-12/baku-shines-like-a-star.
Qeyd edək ki, 1933-cü ildə yaradılmış və həmin vaxt aviaparkı beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın və bütün dünyada 300 istiqamət üzrə uçuşlar yerinə yetirən (251 beynəlxalq və 49 daxili) 329 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətin üzvüdür. 6 il ərzində (2011-2016) aviaşirkət "Avropanın ən yaxşı aviaşirkəti" adına layiq görülüb. 2017-ci ildə “Skytrax” şirkətinin apardığı tədqiqatın nəticələrinə görə, “Türk Hava Yolları” ardıcıl doqquzuncu dəfə olaraq "Cənubi Avropanın ən yaxşı aviaşirkəti" seçilib. Aktivində 2010-cu ilin “Təyyarənin göyərtəsində ən yaxşı ekonom-klass qidalanması” dünya mükafatı olan “Türk Hava Yolları” 2013, 2014, 2016 və 2017-ci illərdə “Təyyarənin göyərtəsində ən yaxşı biznes-klass qidalanması” mükafatı alıb. 2015-ci və 2017-ci illərdə “Ən yaxşı biznes-zal” mükafatına layiq görülən “Türk Hava Yolları” sorğunun nəticələrinə əsasən, cari ildə “Biznes-zallarda ən yaxşı qidalanma” mükafatı ilə ardıcıl üçüncü dəfə təltif edilib. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















