"Abşeron İnşaat” Xətai və Nəsimidə 2 layihənin icrasını planlaşdırır
"Xətai və Nəsimi rayonlarında daha 2 layihənin icrasını planlaşdırırıq".
Bunu "Abşeron İnşaat” MMC-nin direktoru Rövşən Abbasov bildirib.
"Ölkədə yaranmış əlverişli iqtisadi şərait nəticəsində bu günə kimi 10-dan artıq uğurlu layihələrimizi tamamlayıb istifadəyə vermişik. Şirkətimiz tərəfindən Yasamal, Xətai, Nəsimi və Binəqədi rayonlarında yaşayış binalarının tikintisi tamamlanıb və sakinlərin istismarına verilib. Sonuncu təhvil verdiyimiz layihə – “Yeni Yasamal” layihəsi oldu. Bütün layihələrimizi söz verdiyimiz kimi 2 ilə tamamlayıb təhvil veririk. Hal-hazırda Yasamal rayonunda 700 mənzilli “Qəbələ Residence” layihəsi uğurla davam edir. Həmçinin Xətai və Nəsimi rayonlarında daha 2 layihənin icrasını planlaşdırırıq.", - o deyib.
"Bütün layihələrimizi söz verdiyimiz vaxtda tikib təhvil veririk" deyən Rövşən Abbasov sözlərinə belə davam edib: "Əksər şirkətlər mənzillərin ümumi sahəsinə divarları da əlavə edir və nəticədə müştəri bu sahəyə görə əlavə pul ödəyir. Biz müştərilərimizə mənzilləri təmiz sahə ilə satırıq. Yəni gələcəkdə sakinlərimiz mənzillərinə çixarış alanda həmin sahə orda da qeyd olunur. Binalarımıza daim yüksək keyfiyyətli kommunal xidmətlər göstəririk. Qiymət siyasətimiz də çox sərfəlidir. Çalışırıq bizim qiymətlər bazar qiymətlərindən aşağı olsun".
"Abşeron İnşaat” qiymətlər 850 manatdan başlayır.
Rövşən Abbasov alıcılara məsləhət görür ki, verilən vədlərə tez inanmasınlar: "Şirkətin daha əvvəl tikib, başa çatdırdığı binalarla tanış olub sonra qərar versinlər. Qaz və çıxarış ilə təmin olunub-olunmaması ilə, kommunal xidmətlərlə maraqlansınlar".
“Abşeron İnşaat” pilot layihələrdə iştirak etməyi nəzərdə tutmur, öz layihələrinə fokuslanıb.
“Abşeron İnşaat” MMC 2006-cı ildə təsis edilib. Şirkətin tərkibinə əsasən tikinti və xidmət sahəsi üzrə fəaliyyət göstərən – “A.M.K.” MTK, "AMK-YASAMAL" MTK, "AMK-Servis" MMC, “EMS” MTK və “Bilik” MTK daxildir.
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















