Satınalmalar və korporativ satış menecerləri tələb olunur

Ofis və dəftərxana ləvazimatlarının idxalı və satışı ilə məşğul olan “Ofisait” şirkətlər qrupu aşağıdakı vəzifələr üzrə vakansiyalar elan edib.
1.Satınalmalar üzrə menecer
Əsas vəzifə öhdəlikləri:
• Şirkətin fəaliyyəti üçün zəruri olan mal və materialların, avadanlıqların alınması ilə bağlı danışıqların keçirilməsində iştirak edir;
• Məhsulun alınması üçün təkliflərin hazırlanması və rəhbərliyə çatdırılmasını təşkil edir;
• Tədarükçülərlə qiymət danışıqları aparır;
• Sifarişlərin həyata keçirilməsinə və məhsulun vaxtında çatdırılmasına nəzarət edir;
• Sifariş olunmuş və əldə edilmiş məhsullarla bağlı sənədlərin qorunmasını və məlumatların bazaya daxil edilməsini təmin edir;
• Təchizata aid olan hesabatların hazırlanması və daxili sənəd dövriyyəsinin təşkilini təmin edir;
• Görülən işlərin hesabatını hazırlayır və təhlil edir;
Namizədə dair tələblər:
• Ali təhsil;
• Sahə üzrə biliklər;
• Məlumatların təhlil edilməsi və müvafiq qərarların alınması;
• Məsuliyyətlilik, çalışqanlıq və təşkilaçılıq qabiliyyəti;
• Komandada işləmə bacarığı;
• Əmək intizamının yüksək olması;
• Kompyuter bacarıqları: Microsoft Office, (Word, Excel, Outlook.PowerPoint)
• Dil bilikləri: Azərbaycan dili , İngilis dili – Əla səviyyədə, Rus dili – Əla səviyyədə
-Yaş: 24-38;
Əmək haqqı razılaşma əsasında müəyyən olunacaq.
Müraciət etmək istəyən CV-sini [email protected] emailinə göndərə bilər.
Müraciət üçün son tarix: 22.12.2017
2.Korparativ Satış Meneceri
Əsas vəzifə öhdəlikləri:
-Bazarın təhlili, araşdırmaların aparılması
-Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
-Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
-İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
-Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması
-Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi
-Ziyarət nəticələrinin izlənilməsi
Namizədə dair tələblər:
- Ali təhsil
- Korporativ mühitlə əlaqədar minimum 3 il iş təcrubəsi;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, ingilis dili orta səviyyədə bilməli
- Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması
- Təqdimat bacarığının olması;
- Sürücülük vəsiqəsi: kateqoriya B;
- Yaş: 24-38;
Əmək haqqı razılaşma əsasında müəyyən olunacaq.
Müraciət etmək istəyən CV-sini [email protected] emailinə göndərə bilər.
Müraciət üçün son tarix: 22.12.2017
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
6 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
7 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 7 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
