Dollar ilə bağlı kritik məlumat açıqlanacaq - ABŞ valyutası güclənir
Dollar, vergi islahatı layihəsinin Senatdan keçməsi, ABŞ Prezidentinin uzun zamandan bəri gözlənən infrastruktur planını gələn ay açıqlayacağına dair xəbərlər, məşğulluq hesabatı və Fed-in faiz qərarı öncəsi bahalaşıb.
"Marja" xəbər verir ki, yeni vergi islahatı ABŞ şirkətlərindən alınan verginin 35%-dən 20%-ə endirilməsini, xaricdəki vəsaitlərini ABŞ-a gətirən şirkətlərdən bir dəfə vergi tutulmasını nəzərdə tutur. Yeni vergi dərəcələrinin qüvvəyə minməsinin ABŞ-da iqtisadi inkişafı sürətləndirəcəyi bildirilir.
Trump-ın infrastruktur planı büdcədən investisiyaları artıracaq. Bu xərclərin də iqtisadi inkişafı daha da canlandıracağı hesab olunur.
Treyderlər bu gün açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq hesabatını və Fed-in gələn həftəki (12-13 Dekabr) faiz qərarını gözləyərkən, Dollar, G-10 pullarının hamısı qarşısında yüksəlib.
Avro dollar qarşısında ucuzlaşaraq 1.1761 səviyyəsinə düşüb.
Bu gün ABŞ-da iki mühüm göstərici - kənd təsərüfatı xaric məşğulluq və işsizlik məlumatları açıqlanacaqdır. Noyabrda ABŞ-da məşğulluğun 200 min artacağı gözlənilir. Oktyabrda məşğulluq 261 min artmışdı. Ölkədə işsizlik nisbətinin dəyişməyərək 4.1%-də qalacağı gözlənilir.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
Saat | Valyuta | Məlumat | Proqnoz | Əvvəlki |
17:30 | USD | Orta Saatlıq Maaşlar (Aylıq) | 0,3% | 0,0% |
17:30 | USD | Kənd təsərrüfatı xaric Məşğulluq | 200K | 261K |
17:30 | USD | İşsizlik Nisbəti | 4,1% | 4,1% |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




