Robotlara görə vergi alınıb, insanlara ödəniləcək
Dünya miqyasında robotların iş dünyasında rolu artdıqca yaradacağı işsizlik dalğasını maliyyəyləşdirmək üçün robot və süni intellekt sistemlərinə vergi tətbiq edilməsi planlaşdırılır.
"Marja" xəbər verir ki, "McKinsey" məsləhət şirkətinin hesabatına görə, robotlar qlobal məşğulluğu proqnozlardan daha çox sarsıdacaq. Şirkətin müxtəlif ssenariləri əhatə edən hesablamaları, avtomatikanın 2030-da ən azı 75 milyon, ən çox 375 milyon insanı işsiz qoyacağını göstərir.
Keçid dövründəki ən böyük problem işini itirəcək insanlara yeni iş sahələri təqdim etmək və onları bu yeni fəaliyyətlərə görə təlim vermək olacaqdır. Əks halda ekspertlər bir çox ölkənin qorxulan nəhəng işsizlik problemləri ilə qarşı-qarşıya qalacağı barədə xəbərdarlıq edir. Bu səbəbdən Amerikadan Asiyaya qədər bir çox ölkədə iş həyatında yaxınlaşan bu böyük dəyişikliyə qarşı hazırlıqlar başlayıb.
Rəsmilər bir tərəfdən təhsil siyasətlərini nəzərdən keçirərkən, bir tərəfdən də robotların iş yerlərini ələ keçirməsilə alt-üst olacaq vergi qanunvericiliyini yeniləməyin yollarını axtarır. Bu məsələdə Avropalılar robotlara vergi tətbiq edilməsini təklif edir. Bununla yanaşı işsiz qalacaq milyonlarla insan üçün də sosial dövlətin yenidən formalaşdırılması lazımdır. Avropa Birliyi siyasətçiləri bunun üçün "şərtsiz təməl gəlir" təklifini ortaya atıb. Microsoft-un qurucusu Bill Gates və texnologiya dünyasında gənc ixtiraçı Elon Musk başda olmaqla Silikon Vadisi də ümumiyyətlə məsələyə isti baxır.
ROBOTLARIN YARADACAĞI İŞSİZLİYƏ 3 ADDIMDA HƏLL AXTARILIR
1- İnsanın yerinə işləyəcək hər bir robotdan vergi alınaraq işsizlərə resurs yaradılacaq.
2- Tam avtomatlaşdırılmış və insansız çalışacaq müəssisələrə əlavə vergi tətbiq olunacaq.
3- Bütün tədbirlərə əlavə olaraq, dünyaya gələn hər bir insana "şərtsiz təməl gəlir" ödəniləcək. Maliyyələşdirmə robot və süni zəkaya tətbiq ediləcək vergilərdən əldə ediləcək vəsait hesabına aparılacaq.
Hazırda robotlar qlobal məşğulluğun 8%-ini yaradır. Bu nisbətin 2020-ci ildə 26%-ə çatacağı gözlənilir.
QARŞI ÇIXIRLAR
- Sənaye və texnologiya dünyası, robotlara vergi planının bu sektorda araşdırma və inkişafa investisiya xərclərini azaldacağını hesab edir.
- Şirkət gəlirlərinin böyük bir hissəsinin bu gün də robotlar tərəfindən təmin olunduğunu və bu gəlirdən də vergi tutulduğu bildirilir.
- Mövcud vergilərdən əlavə, bir də robot vergisinin əlavə olunmasının ədalətli olmayacağı bildirilir.
- Həmçinin hansı sistemin maşın, yoxsa robot olduğu hansı meyarlara görə müəyyən olunacaq?
-Avadanlıq robotlar ilə bərabər, müxtəlif proqram təminatları şəkilində olan robotlar da (Alqoritmlər, botslar) vergiyə daxil olacaqmı? və s.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 3 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb























