“Azərbaycan Sənaye Korporasiyası” ilə bağlı mühüm Fərman!
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
"Marja" xəbər verir ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilib.
Sərəncam ilə, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – “Aqrarkredit” QSC) “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “ASK” ASC) mülkiyyətinə (balansına) verilir.
ASK” ASC-nin nizamnamə kapitalına aşağıdakılar yönəldiləcək:
-“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.13.2.7-ci yarımbəndində nəzərdə tutulmuş 5 (beş) milyon manat məbləğində vəsait;
-bu Fərmanın 2-ci hissəsi ilə “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən əmlak da daxil olmaqla, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin kreditorlarının həmin Banka qarşı tələblərinin dövlət öhdəlikləri ilə əvəz edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsini nəzərdə tutduğu 3854,3 milyon (üç milyard səkkiz yüz əlli dörd milyon üç yüz min) manat (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansına verilmiş problemli aktivlər də nəzərə alınmaqla) həddinədək problemli aktivlər.
- Bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə “ASK” ASC-nin və “Aqrarkredit” QSC-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyası (bundan sonra – Komissiya) yaradılsın.
Sərəncamda deyilir:
Komissiyaya tapşırılsın ki:
- bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsi ilə bağlı inventarizasiya və təhvil-təslim işlərini altı ay müddətində başa çatdırsın;
- bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının bazar qiymətinin müəyyənləşdirilməsi üçün həmin əmlakın qiymətləndirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsün;
- bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan işlərin nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Müəyyən edilsin ki:
- bu Fərmanın 2-ci hissəsində və 7.5-ci bəndində nəzərdə tutulan dövlət əmlakı, “ASK” ASC-nin mülkiyyətinə (balansına) bazar qiymətləri əsas götürülməklə verilir;
- bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının qiymətləndirilməsi üçün Komissiya müstəqil qiymətləndiricilər cəlb edə bilər;
- “ASK” ASC-nin Nizamnaməsində nəzərdə tutulan nizamnamə kapitalı bu Fərmanın 2-ci hissəsinə əsasən onun mülkiyyətinə (balansına) verilmiş dövlət əmlakı və bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş vəsait hesabına formalaşır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
-Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- bu Fərmanın 2-ci hissəsinə əsasən “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən alüminium sənayesi müəssisələrinin sağlamlaşdırılması məqsədilə həmin müəssisələrin yaranmış daxili və xarici borclarının ödənilməsi istiqamətində tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- bu Fərman qüvvəyə mindikdən sonra “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək əmlakın “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etsin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
-bu Fərmanın 10.2-ci bəndində nəzərdə tutulmuş işlərin görülməsi ilə bağlı “ASK” ASC-yə lazımi kömək göstərsin;
-bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:
- bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq “ASK” ASC-nin mülkiyyətinə (balansına) veriləcək əmlakın müvafiq qaydada dövlət qeydiyyatına alınmasını təmin etsin;
- bu Fərmanın 10.2-ci bəndində nəzərdə tutulmuş işlərin görülməsi ilə bağlı “ASK” ASC-yə lazımi kömək göstərsin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
“ASK” ASC:
Tabeliyindəki aidiyyəti müəssisələrdə aşağıdakılarla bağlı tədbirlər görsün:
- fəaliyyətinin təkmilləşdirilməsi və infrastruktur təminatının yaxşılaşdırılması, idarəetmə sistemlərinin müasirləşdirilməsi, bu sahədə şəffaflığın artırılması, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sisteminin formalaşdırılması;
- aqrar və sənaye, o cümlədən aqrar-sənaye sahələrində məhsulların istehsalı, emalı, saxlanması və satışı mərhələlərini əhatə edən səmərəli təsərrüfatçılıq sisteminin yaradılması, digər subyektlər arasında təchizat, tədarük və satış mərhələlərində koordinasiyanın təmin edilməsi;
- kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, ipəkçiliyin inkişaf etdirilməsi, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi, həmin məhsulların istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;
- alüminium sənayesinin inkişaf etdirilməsi, alüminium istehsalının artırılması, son məhsulun istehsalına qədər texnoloji zəncir qurulması, bu sahənin rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi;
- alüminium sənayesinin yerli xammal və materiallarla təchizatını təmin etmək və idxaldan asılılığını aradan qaldırmaq üçün yerli və xarici ekspertlər cəlb etməklə tədqiqatlar aparılması, texniki-iqtisadi əsaslandırılmanın hazırlanması, ekoloji təmiz istehsal texnologiyasının seçilməsi və onun sənayedə tətbiqinin sınaqdan keçirilməsi, alunitin kompleks sənaye emalının təşkili, habelə ölkə ərazisində neft koksundan istifadə etməklə anod bloklarının istehsalı imkanlarını araşdıraraq, təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- bu Fərmanın 5-ci və 6-cı hissələrinin tələbləri nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsi başa çatdıqdan sonra “ASK” ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
“Aqrarkredit” QSC:
- mülkiyyətindəki (balansındakı) əmlakın bu Fərmanın tələblərinə uyğun olaraq “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsinin təmin olunması ilə bağlı tədbirlər görsün;
- bu Fərmanın 2-ci hissəsinə və 7.5-ci bəndinə uyğun olaraq “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən əmlakın bazar dəyəri ilə həmin əmlakın “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alındığı balans dəyəri arasında fərq yaranacağı təqdirdə, həmin fərqi “Aqrarkredit” QSC-nin mənfəət və ya zərərinə və ya digər məcmu gəlirinə aid etsin;
- bu Fərmanın 3.2-ci bəndində nəzərdə tutulan problemli aktivlərin “ASK” ASC-yə ötürülməsi barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat versin;
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
- 32 d. əvvəl
-
47 d. əvvəl
Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda “Castrol” yağlarını satan şirkətin nizamnamə kapitalı kəskin azaldılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan banklarında bazar risklərinin idarə edilməsi qaydası təsdiqlənib
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
3 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Yanvarın 13-də gözlənilən hava şəraiti
Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
"Aşağı neft qiymətləri Dövlət Neft Fondunun aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır"
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb









.jpg)











