Dəmir cövhəri "öküz" bazarına yönəlib
Dəmir cövhəri yenidən "öküz" bazarına yönəlib. Dəmir qiymətləri, Çinin bu il polad istehsalını məhdudlaşdırmasından sonra ehtiyatların azalması ilə yüksəlir.
"Marja" xəbər verir ki, birjalarda 62 faiz dəmir tərkibli filizin qiyməti Cümə günü ton başına 70.11 dollar səviyyəsinə yüksələrək 18 Sentyabrdan bəri ən yüksək səviyyəsini görüb."Metal Bulletin Ltd."yə görə, dəmir cövhəri qiymətləri, Oktyabrın sonu ilə müqayisədə təxminən 20 faiz qalxıb. Qiymətlərin 20% yüksəlməsi "öküz" bazarına keçid kimi qəbul olunur.
Bazar ertəsi günü Asiyada əməliyyat görən fyüçers müqavilələr yüksəlib. Dalian Əmtəə Birjasında ən çox əməliyyat olunan müqavilə 5.5 faiz dəyər qazanıb.
"Rio Tinto Group", "BHP Billiton Ltd" və "Vale SA" kimi mədən şirkətlərinə yardım edən qiymət artımı, Çinin hava çirklənməsini azaltmaq üçün polad istehsalını tənzimləməsilə baş verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























