Avtomobil nəhəngləri ortaq olur
Fiat Chrysler-in İcraçı direktoru Sergio Marchionne verdiyi açıqlamada Hyundai ilə texnologiya sahəsində ortaqlıq mövzusunda danışıqlar apardıqlarını bildirib.
İtaliya-ABŞ avtomobil şirkəti Fiat Chrysler Automobiles (FCA) və Cənubi Koreyanın avtomobil şirkəti Hyundai, texnologiya sahəsində ortaqlıq etmək üçün danışıqlara başlayıb.
"Marja" xəbər verir ki, FCA-nın İcraçı direktoru Sergio Marchionne bir qrup jurnalistə verdiyi açıqlamada, "Hazırda onsuz da Hyundai-dan bəzi ehtiyat hisələrini alırıq. Görək, digər məsələlərdə razılığa gələ bilərikmi? Xüsusilə sürətlər qutusu və hidrogen sahələrində" deyib.
Bu an üçün rəsmi məlumatının olmadığını da sözlərinə əlavə edən Marchionne, görüşlərdən birləşmə qərarının çıxıb çıxmayacağı sualına isə "zənn etmirəm" şəklində cavab verib.
FCA-nın adı 2015-ci ildən bu yana tez-tez birləşmə iddiaları ilə gündəmə gəlir. Vəzifə müddəti 2019-cu ilin aprel ayında sona çatacaq 65 yaşlı Marchionne, 2022-ci ilə qədərki dövrü əhatə edəcək yeni bir plan üzərində çalışır. Planın növbəti ilin ikinci rübündə elan ediləcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























