“Azsığorta”nın sədri: “Neqativ" proqnoz müvvəqətidir, müsbətə bərpa olunacağına əminik
Anar Talıbov: “Proqnozun dəyişilməsi müvvəqəti haldır, yeni ildən sonra müsbət tərəfə bərpa olunacağına əminik”.
“Azsığorta” ASC-nin İdarə Heyətinin Sədri Anar Talıbov “Fitch” reytinq şirkətinin qərarını şərh edib.
Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, Anar Talıbov bildirib ki, “Fitch” reytinq şirkətinin qərarında “Azsığorta” ASC-nin reytinqində hər hansı bir dəyişiklik olmadığı qeyd olunur. Sadəcə olaraq proqnoz dəyişikliyi olub və bu müvəqqəti haldır. Yeni ildən etibarən şirkətin yeni biznes strategiyası üzrə işlərə başlanılacaq və tez bir zamanda şirkətin müsbət proqnozu bərpa olunacaq.
“Azsığorta”-nın növbəti 3 il üçün qəbul etdiyi biznes strategiya dicitallaşma vasitəsilə əməliyyat xərclərinin azalması, rentabelliyin artması və müştəri loyallığı səviyyəsinin yüksəlməsi ilə bazar payının artırılmasını nəzərdə tutur.
Yeni biznes strategiyası ilə yanaşı hazırda şirkətin səhmdarları tərəfindən böyük dəstək var və artıq “Azsığorta”nın maliyyə dayanıqlığının gücləndirilməsi prosesi gedir. Həmçinin yeni ildən etibarən yeni və innoativ xidmətlər təklif olunacaq. Yaxın zamanlarda isə “Azsığorta” müştəri məmnuniyyətinin artırılması istiqamətində yeni layihələrini təqdim edəcək",- Şirkətdən "Marja"ya daxil olmuş açıqlamada deyilir
Xəbər verildiyi kimi, "Fitch" beynəlxalq reytinq agentliyi "AzSığorta" ASC-nin reytinqinə yenidən baxıb. "Fitch" şirkətin reytinq üzrə proqnozunu "stabil"dən "neqativ"ə endirib. "Neqativ" proqnoz, reytinqin bir pillə aşağı endirilə biləcəyinə işarədir.
Qeyd edək ki, “Azsığorta” ASC Azərbaycan sığorta şirkətləri arasında beynəlxalq reytinqə malik olan iki şirkətdən biridir.
“Azsığorta” ASC 2006-cu ildən fəaliyyət göstərir. Şirkət Azərbaycanın bütün regionlarında filiallar və nümayyəndəliklərlə təmsil olunub. 2011-ci ilin dekabr ayından etibarən isə İcbari Sığorta Bürosunun üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















