Avropa nəhəngləri hibrid-elektrik təyyarə üçün "qolları çırmaladılar"
Avropanın qabaqcıl 3 aviasiya və texnologiya şirkəti birlikdə hibrid-elektrik təyyarə istehsal etmək üçün hərəkətə keçib.
"Marja" BBC-yə istinadən xəbər verir ki, Fransanın "Airbus", İngiltərənin "Rolls Royce" və Almaniyanın "Simens" şirkəti , "E-Fan X" adını verdikləri birgə layihə çərçivəsində "British Aviation" şirkəti tərəfindən istehsal edilən "BAe 146" sərnişin təyyarəsinə 3 reaktiv mühərriki və 1 elektrik mühərriki əlavə edəcəklər.
Şirkətlər, Avropa Birliyinin (AB) aviasiyadan irəli gələn karbon emissiyalarının azaldılması tələblərinə cavab vermək üçün, layihə çərçivəsində 2020-ci ildə sınaq uçuşlarına başlamağı, təyyarəni 2025-ci ildə isə kommersiya istismarına vermək istəyirlər.
Almaniyanın Frankfurt şəhərində təşkil etdikləri mətbuat konfransında şirkətin sözçüləri, "nə üçün sırf elektriklə işləyən təyyarə istehsal etmədikləri" sualına, "elektrikli mühərrik batareyalarının və onları soyutmaq üçün lazım olan avadanlığın çəkisinin çox olması səbəbilə hələ ki, aviasiyada istifadə etmək üçün kifayət qədər praktik olmadığını" deyərək cavab veriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























