Bayılı gözəlləşdirəcək daha bir layihə - YANVARDAN TİKİLƏCƏK
“Kristal Abşeron” şirkəti 2018-ci ilin yanvar ayında Bayılda neo-klassik üslubda yeni yaşayış binasının tikintisinə başlayacaqdır.
“Kristal Abşeron” şirkətinin satış təmsilçisi Tamam Aslanova “Marja”ya bildirdi ki, “Bayıl Residence” adı verilmiş kompleks 12 mərtəbəli binadan ibarətdir. Binada 1,2,3,4,5 və 6 otaqlı mənzillər mövcud olacaqdır. 6 otaqlı mənzilin sahəsi 370 kvadtrat metr təşkil edəcəkdir.
“Binanın 2019-ci ilin may ayında təhvil verilməsi planlaşdırılır. Mənzillər müştərilərə təmirsiz veriləcəkdir. Buna baxmayaraq, müştərilərə xidmət maksimum yüksək səviyyədə, hətta konsiyerj xidməti də olacaqdır”.
Bir tərəfi dəniz mənzərəli olacaq bina Neftçi Qurban küçəsində, “ İnturist” mehmanxanasının yanında inşa ediləcəkdir. Binanın fasadı ağlay daşı ilə üzlənəcəkdir.
“Bayıl Residence”dəki mənzillərin 1 kvadrat metri nağd 3560 manatdan satılır.
“Hazırda yalnız nağd satışdır. Binanın tikintisinə başladıqdan sonra yeni satış şərtləri tətbiq edilə bilər”.
Qeyd edək ki, “Kristal Abşeron” Azərbaycanda ən iri tikinti şirkətlərindən biridir. Şirkət Bakı, Xirdalan və Sumqayıtda 20-yə yaxın yaşayış kompleksi tikir.
"Kristal Abşeron” şirkəti Bakıda keçirilən “Rec Expo” daşınmaz əmlak və investisiya sərgisində iştirak edir. Sərgi sabah da davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























