"PAŞA Holdinq"in Azərbaycanın sığorta bazarındakı payı azalıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış 462,654 milyon manat sığorta haqqının 48,2%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" şirkətlərinin payına düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistika hesabatagörə, "PAŞA Holdinq"ə daxil olan bu şirkətlər müvafiq olaraq 123,371 milyon manat (26,7%) və 99,611 milyon manat (21,5%) sığorta haqqı toplayıblar.
Xatırladaq ki, yanvar-sentyabr aylarının yekununda Şirkətlər Qrupunun Azərbaycanın sığorta bazarındakı payı 49,7% olub. Başqa sözlə, oktyabrda "PAŞA Holdinq"in bazar payı 1,5 faiz bəndi azalıb.
Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 36,193 milyon manatlıq (7,8%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), 4-cü yerdə 30,55 milyon manatlıq (6,6%) göstərici ilə "Atəşgah Sığorta" şirkəti, 5-ci yerdə isə 27,881 milyon manatlıq (6%) göstərici ilə "Atəşgah Həyat Sığorta" şirkəti, qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 317,606 milyon manat təşkil edib ki, bu da bazarın 68,65%-i deməkdir.
21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Amrah Sığorta" (16 min manat), "Naxçıvan Sığorta" (80 min manat) və "Rəvan Sığorta" (517 min manat) şirkətləridir. Bu şirkətlərin ümumi yığımları 613 min manat təşkil edib ki, bu da bazarın cəmi 0,1%-i deməkdir.
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















