Sığorta şirkətlərinin son vəziyyəti açıqlandı
2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 462 milyon 653 min manat sığorta haqqı toplanmışdır.
Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 204 milyon 637 min manat təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin 10 ayı ərzində 25 sığorta şirkəti tərəfindən 420 milyon 365 min manat sığorta haqları toplanmış, 190 milyon 657 min manat sığorta ödənişi həyata keçirilmişdi. Beləliklə, sığorta bazarında yığımlar 10% və ödənişlər 7,3% artıb.
Cari ilin ilk 10 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib.
Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 45 manat olub.
Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 milyon 99 min manat artaraq 307 milyon 302 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 15 milyon 222 min manat artaraq 158 milyon 900 min manata yüksəlib.
Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta ödənişlərinin 78 %-i könüllü, 22 %-i isə icbari sığorta növlərinin payına düşüb.
2017-ci ilin yanvar-oktyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























