Norveçin 1 trilyon dollarlıq fondu neft səhmlərindən çıxmaq istəyir
Norveçin 1 trilyon dollar böyüklüyündəki investisiya fondu, qərbi Avropanın ən böyük neft istehsalçısı olan Norveçin iqtisadiyyatını qorumaq üçün, aralarında Royal Dutch Shell Plc və Exxon Mobil Corp.-un da olduğu neft və qaz şirkətlərinin təxminən 35 milyard dollar məbləğindəki səhmlərini satmağı planlaşdırır.
"Marja"nın məlumatına görə, Fondun açıqlamasında qeyd edilib ki, ölkə sözügedən sektorda investisiya qoymadığından neftin qiymətinin aşağı düşməsindən daha az asılı olacaqdır. Maliyyə Nazirliyi qərarın ən erkən "2018-in payızında" veriləcəyini qeyd edib. Stoxx Europe 600 Neft və Qaz İndeksi açıqlamadan sonra geriləyib.
Norveç Mərkəzi Bankının fonda nəzarət üzrə rəsmisi Egil Matan, "Burada perspektivimiz, ölkənin rifahı üçün daxili riskləri bölüşdürməkdir. Bunu fond yolu ilə neftin qiymət riskini götürməməklə edə bilərik" şəklində danışıb.
Dünyanın ən böyük fondunun bu planı, iqlim riskindən xilas olmaq üçün kömür şirkətlərinin səhmlərini böyük ölçüdə satmasından sonra ikinci böyük addımıdır. Bu addım bərpa olunan enerjinin önə çıxacağına, neft istehsalçılarının isə çətinliklər ilə qarşılaşacaqlarına işarədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























