2 bank Mərkəzi Banka borcunu tam qaytarıb
Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 31 bankdan 23-ü Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.
Bu banklardan 2-si - "Kapital Bank" və "Yapı Kredi Bank Azərbaycan" son 1 ildə tənzimləyici quruma borcunu tam qaytarıb. Yəni, öhdəliklərdə 100% azalma var.
Bununla yanaşı, 11 bank da AMB-yə borcunu qismən azaldıb. Bunlar "Bank BTB", "AGBank", "Nikoyl Bank", "Bank Silk Vey", "Günay Bank", "Rabitə Bank", "Dəmir Bank", "Access Bank", "Bank of Baku", "Muğan Bank" və "PAŞA Bank"dır. Ən çox azalma "PAŞA Bank"da (86,9% az), ən az azalma isə "Bank BTB"də (8,8%) qeydə alınıb.
3 bankın - "Azərbaycan Sənaye Bankı", "Bank VTB Azərbaycan" və "Xalq Bank"ın AMB-yə borcu olduğu kimi qalıb, yəni dinamika 0%-dir. 1 bank - "Atabank" isə tənzimləyici qurum qarşısında öhdəliklərini 2 dəfə artırıb.
6 bankın - "AFB Bank", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", Pakistan Milli Bankının Bakı filialı və "Zıraat Bank Azərbaycan"ın isə AMB-yə borcunun dinamikasını hesablamaq mümkün olmayıb. Çünki bu bankların son 1 ildə tənzimləyici qurum qarşısında öhdəlikləri olmayıb.
8 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "NBC Bank", "Turan Bank" və "Unibank" isə AMB-yə borclarının illik dinamikası barədə məlumat verməyiblər.
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
6 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















