Azərbaycan bankları ipoteka krediti verməyə müştəri tapmır
Son günlər "Azərbaycan İpoteka Fondu"nun (AİF) müvəkil banklarının ipoteka kreditlərinin illik faiz dərəcəsini 8%-dən 7%-ə endirməsi halları artıb.
Az qala hər gün hansısa bank güzəştli ipoteka aksiyası və yaxud kampaniyası keçirdiyini bəyan edir.
Kredit təşkilatları faizin azaldılmasını əsasən Yeni İl ərəfəsi olması ilə əlaqələndirirlər. Yəni, ipotekadakı faiz güzəşti yaxınlaşan bayramla izah olunur. Bank sektorundakı mənbələr isə bildirir ki, əslində Azərbaycan bankları ipoteka krediti verməyə müştəri tapmır.
"Hazırda dövlət xətti ilə ipoteka krediti götürmək istəyənlərin sayı çox azdır. Kreditlə ev almaq istəyənlərin əksəriyyəti ya rəsmi gəlir də daxil olmaqla AİF-in müəyyən etdiyi tələbləri yerinə yetirə bilmirlər, ya da müsbət kredit tarixçəsinə malik deyillər. Tələblərə cavab verən potensial müştərilər isə gözləmə mövqeyi seçiblər. Yəni, ölkədə iqtisadi baxımdan qeyri-müəyyənlik olduğundan mənzil yükünün altında girmək istəyənlər nadir hallarda tapılır. Son nəticədə müvəkkil banklara ayrılmış kredit limiti istifadəsiz qalıb və onlar aşağı faizlə müştəri cəlb etməyə çalışırlar", - deyə mənbə qeyd edib.
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















